“Mühəndislik Tələbələrinin Qış Məktəbi” adlı layihə
Tarix: 05.02.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti Mühəndislik fakültəsi tərəfindən ödənişsiz olaraq “Mühəndislik Tələbələrinin Qış Məktəbi” layihəsi həyata keçirilib. Layihədə iştirak üçün 541 nəfər müraciət edib. Müsabiqə yolu ilə 8 universitetdən 32 nəfər layihədə iştirak etmək hüququ qazanıb. 5-gün davam edən “Mühəndislik Tələbələrinin Qış Məktəbi” də tələbələrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin dekanı Xəlil İsmayılov tərəfindən Elektrik və elektrik motorları haqqında, Azərbaycanda yeni - yeni tanınmağa başlanılan 3D printer, onun istifadə sahələri və işləmə prinsipləri haqında , mexaika mühəndisliyinin kompüter laboratoriyasında CAD proqramlarından istifadə və SolidWORKS proqramı haqqında , Qafqaz Universitetinin İnformasiya, Kommunikasiya Texnologiyaları (İKT) mərkəzi tərəfindən robotlar haqda , Gənc mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİB) tərəfinfən fəaliyyətləri haqqında seminar və təlimlər verilib. Seminardan sonra layihə iştirakçıları Qafqaz Universiteti Mexanika laborotoriyalarında kimya sahəsində, materialların mikroskop altında analiz üçün hazırlanması və analizi, maye mexanikası , 3D printerdən istifadə və başqa sahələr üzrə təcrübələr aparıblar. Onlara verilən tapşırıqları yerinə yetiriblər. Əyləncəli və idman oyunlarına da vaxt ayırılan layihənin sonuncu günü ölkəmizin öndə gələn şirəkətlərdən birinə gəzinti də təşkil olunub.
İştirakçılara layihəni uğurla başa vurduqları üçün sertifikat verilib. Bu münasibətlə təşkil olunan tədbirdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç qeyd etdiki universitetlərin sosial məsuliyyəti də var. Bu layihədə sosial layihədir. Burada bir neçə universitetin tələbələri var. Qafqaz Universitetinin laborotoriyaları sizin istifadənizə açıqdır. Hər zaman bu imkandan istifadə edə bilərsiniz.
Çıxış edən tələbələr “ Qış məktəbi ” nin təşkilindən razı qaldıqlarını biliriərərk təşkilatçılara təşəkkür ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Könül Qədimova : “Layihə ilə sosial şəbəkədən xəbər tutdum. Müraciət etdim və seçildim. İştirakım mənə nəzəri və praktik biliklərlə yanaşı dünya görüşü, dostluq, doğmalıq qazandırdı ”. ADNSU-nin tələbəsi Balayev Həsənəli : “Energetika sahəsi üzrə təhsil alıram . Burada bu sahə üzrə çox bilik əldə etdim. Layihədə nəzərdə tutlan sosial fəaliyyətlər və şirkətə ekskursiya da çox maraqlı və faydalı oldu. Qafqaz Universitetinin rektorunun bizimlə görüşü təhsilimizə ciddi yanaşmağa stimul verdi “.
İştirakçıların təhsil aldığı universietlər.
1 nəfər Azərbaycan Dövlət İqtisad Universiteti
13 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
1 nəfər Azərbaycan Memarlıq və İnşaat Universiteti
2 nəfər Azərbaycan Texniki Universiteti
4 nəfər Azərbaycan Texnologiya Universiteti
1 nəfər Milli Aviasiya Akademiyası
8 nəfər Qafqaz Universiteti
2 nəfər Xəzər Universiteti




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info