Şahmatçılarımız “Moskva Open-2016” beynəlxalq şahmat festivalında
Tarix: 05.02.2016 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


İranın Məşhəd şəhərində keçirilən “Firdovsi Open” beynəlxalq şahmat turnirinin səkkizinci turu keçirilib. Azərbaycan şahmatçısı Qadir Hüseynov beynəlxalq turnirdə üçüncü sıraya yüksəlib.
Şahmatçımız bu turda litvalı rəqibi Virqinius Qrabliauskasa qalıb gələrək aktivinə 6,5 bal yazdırıb. Ev sahibi idmançı - Rastin Rahimiandan güclü olan Azər Mirzəyev isə Hüseynovdan yarım bal geri qalaraq aktivindəki xalların sayını altıya çatdırıb. Turnirdə ölkəmizlə yanaşı Gürcüstan, Əfqanıstan, Rusiya, Ukrayna, Niderland, Latviya, İran və İraqdan olan 178 iştirakçı birincilik uğrunda mübarizə aparır. Qeyd edək ki, “Moskva Open-2016” beynəlxalq şahmat festivalı da davam edir. Yarışda 33 ölkədən, ümumilikdə mindən artıq şahmatçı qələbə uğrunda mübarizə aparır. Ölkəmizi festivalın müxtəlif turnirlərində 20 şahmatçı təmsil edir. Festival çərçivəsində beşinci turda “A” turnirində iştirak edən Ülvi Bacarani Kuba təmsilçisini məğlub edərək aktivinə 4 xal yazıb. Günay Məmmədzadə isə Rusiya təmsilçisi Oleq Badmatsirenova məğlub olub. Məhəmməd Muradlı, Andrey Mustafin, Əhməd Əhmədzadə də bu turda məğlubiyyətlə üzləşib. Vüqar Əsədli və Aqil Pirverdiyev yerli şahmatçılar - Ruslan Tleptsok və İlya Makoveyev üzərində qələbə qazanıblar. Ramil Əlləcov ukraynalı İlia Dereviançenko, Aydın Süleymanlı isə rusiyalı Aleksey Mokşanovla xalları yarı bölüb. “B” turnirində mübarizə aparan təmsilçimiz Xanım Balacayeva beşinci turda Rusiya təmsilçisi Tatiana Kliçkovaya məğlub olub. “C” turnirində iştirak edən Atilla Eynullayev yerli şahmatçı İldar Sapfiullinlə sülh bağlayıb. Sədaqət Abbasova Nikolay Şirsov üzərində qələbə qazanıb. Fərid Mustafayev Renat Semenovu məğlub edib. Doqquz yaşadək qızların yarışında isə 6-cı turun oyunları başa çatıb. Altıncı turda həmyerlilərimiz Aydan Şükürova və Səmra Qasımova üz-üzə gəliblər. Qarşılaşma Səmra Qasımovanın xeyrinə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info