“Rio Olimpiadasına lisenziya qazandığım üçün qürur duyuram”
Tarix: 05.02.2016 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


İdmançı bu barədə danışarkən deyib: “Hazırda şəxsi məşqçi-müəllimim Səbuhi Zülfüqarov ilə məşq edirəm. Fevralın 11-12-də taekvondo üzrə qadınlardan ibarət yığmanın heyətində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində bir neçə ölkədən yığma komandaların da qatılacağı beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəyəm. Fevralın 23-25-də isə həmin ölkədə “Fuceyra Open-2016” açıq çempionatında mübarizəyə başlayacağıq”. Yanvarda İstanbulda keçirilən turnirdə uğurla çıxış edərək “Rio-2016”ya vəsiqə qazanan idmançımız yarışa ciddi hazırlaşdığını bildirib. Qeyd edib ki, birinci Avropa Oyunlarından sonra taekvondo üzrə sonuncu beynəlxalq Qran-pri yarışında ilk səkkizliyə düşmək üçün qalib gəlməli idim. Belə ki, milli komandamızın digər üzvü Radik İsayev kimi mən də Olimpiadaya vəsiqəni dünya reytinq siyahısında tutacağım yer sayəsində təmin etmək istəyirdim. Lakin bəzi yarışlarda iştirak edə bilmədiyim üçün reytinqdə xallarım kifayət etmədi. Buna görə də dekabrda Meksikadakı Qran-pri turnirinə dəvət almadım və İstanbuldakı lisenziya yarışına hazırlaşmağa başladım. Bakıda keçirilən respublika çempionatında 67 kiloqram çəki dərəcəsində qalib gələrək Türkiyədəki lisenziya xarakterli yarışlara qatılmaq imkanı əldə etdim. Çünki qarşıma əsas məqsəd olaraq Olimpiadaya lisenziya qazanmağı qoymuşdum. “İstanbuldakı turnirdə qarşılaşacağım rəqiblərimi əvvəlcədən tanıyırdım. Hər gün məşqçim ilə birlikdə onların döyüşünü izləyib, təhlil edirdik. Orada sloveniyalı idmançı ilə yarımfinal görüşü ən çətin qarşılaşmam oldu və yalnız qızıl xal hesabına qələbə qazana bildim. Finala yüksəldiyim üçün Rio Olimpiadasında iştirak hüququnu təmin etməyimə baxmayaraq, almaniyalı idmançı ilə həlledici döyüşdə məğlub olmaq istəmirdim. Bu mötəbər idman yarışında qalib gələrək bayrağımızı ucaltdığım, himnimizi səsləndirdiyim, xalqımızı sevindirdiyim, eyni zamanda, lisenziya və reytinq xalları qazandığım, həm də Vətənə qızıl medalla qayıtdığım üçün qürur hissi keçirirəm”, - deyə “London-2012” Yay Olimpiya Oyunlarının iştirakçısı vurğulayıb. Qeyd edək ki, fevralın 8-də Azərbaycan Taekvondo Federasiyasının qadınlardan ibarət yığma komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Müxtəlif çəki dərəcələrində 8 qadın və 8 qız taekvondoçunun qatılacağı toplanışda “Rio-2016”ya lisenziya qazanan Patimat Abakarova da iştirak edəcək. Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi ilk dəfə olaraq iki qadın taekvondoçu - Fəridə Əzizova və Patimat Abakarova təmsil edəcək. Fəridə Əzizova Londondan sonra ikinci dəfə planetin ən mötəbər turnirinə yollanacaq.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info