İsveçli gənclər tənha uşaqların sığındığı qaçqınlar evinə hücum edib
Tarix: 05.02.2016 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Avropada miqrantlara münasibət birmənalı deyil. Bildirmək yeninə düşər ki, son dövrlər Avropadakı gənclərin miqrantlara qarşı baxışları daha sərt xarakter almaqdadır. Onlar miqrantları yerli gənclərin iş tapmaq imkanlarını azaltmaqda, ümumiyyətlə, Avropa üçün təhlükə yaratmaqda suclayırlar.
Bunun bariz nümunəsi İsveçin Sedra Vetterbyuqden qəsəbəsində yaşanıb. Bu ölkənin rus dilində yayımlanan “İsveç radiosu”nun verdiyi məlumata görə, bir qrup yerli gənc tənha uşaqların sığındığı qaçqınlar evinə hücum edib. Məsələnin maraqlı cəhəti bundan ibarətdir ki, bütün baş verənlər yerli polisin gözü qarşısında baş versə də, polis baş verənlərə passiv münasibət göstərib. Miqrantların ünvanına müxtəlif səpkili təhdidlər səsləndirən yerli gənclər faşist Almaniyası dövründən qalma “ziq hayl” tipli salam növü də nümayiş etdiriblər. Təbii ki, bu, İsveçdə miqrantlara qarşı tətbiq edilən ilk təhdid deyil. Belə ki, bir müddət bundan əvvəl də onlara yerli neofaşist qruplar tərəfindən hücumlar olub. Məsələnin başqa mahiyyəti bundan ibarətdir ki, baş verən olaylar barədə yerli polisə müraciət edən miqrantların şikayəti heç bir effekt verməyib: yerli polis bu cinayətlə bağlı hər hansı bir istintaqa başlamaq niyyətində olmadığını nümayiş etdirib. Lakin baş verənlər barədə yerli mətbuatda dərc edilən məlumatdan sonra, ərazinin yerli polisi baş verənlərdə səhvə yol vediklərini etiraf etmək məcburiyyətində qalıb. Lakin bütün bunlarla yanaşı, ərazinin təhlükəsizlik üzrə rəhbəri Bu Qunarsson ictimai yerdə etnik münaqişə həyəcanı və kobud təcavüz halı yaşansa da, bu barədə bölməyə hər hansı bir hesabatın daxil olmadığını bildirib: “Bu, sadəcə olaraq, polisin səhvidir. Ona görə də, biz bu gündən başlayaraq miqrantların sığındığı ərazilərdə patrul xidmətini gücləndirməyi qərara almışıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info