“Ölkəmizi bərbad vəziyyətdə görmək istəyənlər qulaqlarını açıb eşitsinlər ki...”
Tarix: 08.02.2016 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Bakıdakı dağ yəhudiləri sinaqoqunda Azərbaycan dağ yəhudiləri dini icmasının başçısı Minix Yevdayevlə Moldova Respublikasının sabiq ombudsmanı, İctimai Palatanın sədri Aureliya Qriqoriu və İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun görüşü olub.
Milix Yevdayev qonaqları səmimi qarşılayaraq Azərbaycanda multikulturalizmin və tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib. Milix Yevdayev deyib: “Azərbaycanı bərbad və asılı vəziyyətdə görmək istəyən qüvvələr qulaqlarını açıb eşitsinlər ki, Azərbaycanda dini zəmində qarşıdurma heç vaxt olmayıb və olmayacaq. Ona görə ki, dinc yanaşı yaşamaq bizim qanımızdadır. Bildiyiniz kimi, ölkəmizdə müxtəlif konfessiyaların və millətlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu gün dünyada qəddarlıq və nifrət müşahidə edirik. Eyni bir dinin nümayəndələri yalnız həmin dinin müxtəlif məzhəblərinə mənsub olduqlarına görə bir-birini öldürür, Azərbaycan isə bütün dünya birliyi üçün gözəl nümunədir”.
İctimai Palatanın sədri Aureliya Qriqoriu Azərbaycanda sinaqoqa ilk dəfə getdiyini qeyd edərək deyib: “Bakının mərkəzində Azərbaycanın dövlət büdcəsinin hesabına bu cür gözəl sinaqoqun tikilməsi Azərbaycanın multikultural strategiyasının düzgün olmasına daha bir sübutdur. Azərbaycan bu sahədə də qabaqcıl mövqedədir. Bu sahədə əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın təcrübəsini öyrənmək və geniş yaymaq lazımdır. Bu dahi siyasətçinin uzaqgörənliyi və müdrikliyi insanı heyran edir. Sizin ölkənizdə multikulturalizmin əsası uzun illər bundan əvvəl, dünyada bu barədə hələ düşünmədikləri bir vaxtda qoyulub. Bu, yalnız o halda mümkündür ki, dövlət multikulturalizmin inkişafında maraqlı olsun. Bir ərazidə və bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin təhrif olunmadan və onlara xələl vurulmadan inkişafı yalnız dövlətin dəstəyi ilə mümkündür”.
Cənubi Qafqaz üzrə israilli ekspert Arye Qutun sözlərinə görə, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında yəhudi dini və İslam, atəşpərəstlik və xristianlıq birgə mövcud olub. Arye Qut deyib: “Azərbaycanda tolerantlığa və dini dözümlülüyə inanılmaz dərəcədə güclü meyil bu gün də davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı xüsusi qeyd etməyə dəyər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib hiss etməyiblər”.
Ekspertin fikrincə, Sovet İttifaqının dağıldığı dövrdə baş vermiş hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən böyük sınaq olub. Arye Qut qeyd edib ki, həmin dövrdə Ermənistan Respublikası Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə siyasəti yürüdərək 1 milyon qaçqın və məcburi köçkün problemi yaradıb.
Arye Qut sonda deyib: “Azərbaycanın dinc əhalisinin Ermənistan tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə və qovulmasına baxmayaraq dinc yanaşı yaşama prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti kimi qalıb. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 23 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir. Mən bir İsrail vətəndaşı və İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasına hərtərəfli dəstək verir. Beynəlxalq Holokost günü münasibətilə Azərbaycanda hər il ən yüksək səviyyədə dövlət səviyyəsində konfrans keçirilir. Bu il həmin konfransda mən də iştirak etmişəm. Həmin gün dünya birliyi Holokostu yad edir, lakin bu gün ən dəhşətli hadisələr başqa ölkələrə tolerantlıq dərsi keçən, antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropada baş verir. Bəzi ölkələrdə isə Holokost mövzusunda karikatura müsabiqələri keçirilir. Təəssüf ki, onların hərəsinin öz əxlaqı var – bu əxlaq nifrətdən və siyasi maraqlardan irəli gəlir. Biz isə bu gün multikulturalizmin həyat tərzinə çevrildiyi, müstəqil və dünyəvi Azərbaycanda bu qəddar dünyaya bir daha sübut edirik ki, Avropada yəhudilərin üzləşdiyi fəlakətin ağrı və əzabları təkcə yəhudi xalqı üçün deyil, qardaş Azərbaycan xalqı üçün də ağrı deməkdir. Ona görə ki, yəhudilər Azərbaycan ərazisinə bu gün gəlməyiblər, onlar qədim dövrlərdən burada yaşayırlar və burada heç vaxt özgə olmayıblar. Mən qürur hissi ilə demək istəyirəm: özlərini sivil adlandıran bir sıra Avropa ölkələrindən və xalqlarından fərqli olaraq azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyiblər, yəhudilər də heç vaxt azərbaycanlılara qarşı satqınlıq etməyiblər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info