Daşkəsənlilər fasiləsiz su ilə təmin olunacaqlar
Tarix: 08.02.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Daşkəsən rayonunda şəhərin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, çirkab sutəmizləyici qurğunun layihələndirilməsi işlərinin icrasına başlanılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, işlərin icrası iki mərhələyə bölünüb. İlkin mərhələdə su mənbəyindən şəhərə qədər olan magistral boru, xəttin üzərində yerləşən qurğular və şəhər şəbəkəsinin bir hissəsinin tikilməsi, sonrakı mərhələdə isə çirkab sutəmizləyici qurğular kompleksinin və şəhər şəbəkəsinin digər hissəsinin inşası planlaşdırılıb.
Layihədə içməli su ehtiyatının 18-20 kilometr uzaqlıqda olan “Qarainək” və “Gurbulaq” su qaynaqlarından götürülərək magistral boru xətləri vasitəsilə şəhərə verilməsi nəzərdə tutulub. Çatdırılan su gələcəkdə tikilməsi planlaşdırılan dörd su anbarı vasitəsilə şəhərə paylanacaq. Artıq magistral xətt üzrə işlərin çox hissəsi yekunlaşıb, kanalizasiya şəbəkəsində isə 13500 metr xəttin tikintisi başa çatdırılıb.
Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info