Xocalı faciəsinin qurbanlarının xatirəsi qanvermə aksiyaları ilə yad ediləcək
Tarix: 08.02.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“LAYF” Xeyriyyə İctimai Birliyi bu il Xocalı faciəsinin qurbanlarının xatirəsini qanvermə aksiyaları keçirməklə yad edəcək. Bu qanvermə aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar.
Təşkilatdan verilən xəbərə görə, Xocalı qurbanlarının anımına həsr olunmuş qanvermə aksiyalarının təşkil edilməsində məqsəd Xocalı faciəsində amansızca qətlə yetirilmiş insanların xatirəsinin birlikdə yad edilməsi, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddan çıxarılmayacağının diqqətə çatdırılması, dünya birliyinin susduğu bu cinayət qarşısında xalqımızın həmrəyliyinin, birliyinin nümayiş etdirilməsi, humanist duyğuların inkişaf etdirilməsi, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza ictimai diqqət və qayğının artırılması, eyni zamanda könüllü və mütəmadi qan donorluğunun təbliğ edilməsidir:
“Qanvermə aksiyalarının “LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, “Qaraçay Holdinq”in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulub. Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 Fevral 2016-cı il tarixində saat 1000 -dan 1630 -a qədər M. K. Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq Federasiyasının mərkəzində baş tutacaq. Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 Fevral 2016-cı ildə saat 10 00 -dan 16 30 -a qədər “Qaraçay Holdinq”in Xudu Məmmədov 4 c ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək. Qanvermə aksiyalarında toplanılan qanların irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza heç bir qarşılıq gözlənilmədən verilməsi nəzərdə tutulub. Unutmayaq ki, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın sağlam həyat sürmələri üçün müntəzəm olaraq təzə qan əldə etmələri vacibdir. Qan aksiyaları da onların ehtiyacı olan qanla təmin edilməsinin ən asan yoludur.
Qanvermə aksiyalarının həyata keçirilməsində verdikləri dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının, “Qaraçay Holdinq”in və Mərkəzi Qan Bankının rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.
Hər kəsi qanvermə aksiyasında iştirak etməyə çağırırıq. Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilmiş vətəndaşlarımızın ruhunu qan verib, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza həyat (qan) bəxş etməklə yaşadacağıq.
Xocalı faciəsini birlikdə qan verməklə yad edək!”
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info