“Azərbaycanla əməkdaşlığa laqeyd qalsaq, zərər görə bilərik“
Tarix: 08.02.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


“Azərbaycanla münasibətlərin zəifləməməsi, əksinə, daha da gücləndirilməsi hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, Ukraynanın ən böyük ehtiyaclarından biridir”.
Bu sözləri APA-ya açıqlamasında Ukraynanın birinci prezidenti, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcılarından olan Leonid Kravçuk deyib. O bildirib ki, Ukraynada baş verən inqilabdan sonra formalaşan hakimiyyətdə əgər Azərbaycana münasibətdə laqeydlik varsa, bu, onların ən böyük səhvi olar: “Ukrayna bu gün çox ağır mərhələdən keçir. Ölkəmiz çətin durumlar, sınaq dövrünü yaşayır, müharibə aparır. İndi ölkənin idarəçilik sükanında oturanlar daha çox Rusiyaya qarşı sanksiyaya qoşulan ölkələrlə əməkdaşlığı intensivləşdirməyə meyl edirlər. Amma bu, o demək deyil ki, biz əsas və uzunmüddətli strateji dostlarımızı nəzərdən qaçırmalıyıq. Azərbaycan Ukrayna dövlətinin uzun illərdən bəri strateji tərəfdaşı, birmənalı olaraq dostudur. Biz Azərbaycanla əməkdaşlığa hər hansı bir dövrdə laqeyd qalsaq, bundan iqtisadi və siyasi anlamda çox zərər görə bilərik. Bu gün Azərbaycan hansısa kəskin sanksiyalara qoşulmaya bilər. Bir dost kimi biz də Azərbaycanın narahatlıqlarını anlamalı və onun addımlarının səbəbini dərk etməliyik. Çünki Azərbaycan həmişə bizim yanımızda olduğunu bildirib və dediyim kimi, dövlət maraqlarımızın əsas sahələri üzrə strateji tərəfdaşımız, dostumuzdur”.
 
L. Kravçuk prezident Pyotr Poroşenkonun Azərbaycana ləngiyən səfərinə də toxunaraq bildirib ki, bütün hallarda bu məsələdə zərər görən tərəf Ukraynadır: “Çünki bizə Azərbaycan kimi dövlətlə vaxt itirmədən yeni anlaşmalar lazımdır. Əminəm ki, yüksək səviyyəli bu səfər tezliklə baş tutacaq. Artıq mən və digər keçmiş prezidentlər Leonid Kuçma və Viktor Yuşşenko Azərbaycanla münasibətlərin intensivləşdirilməsi barədə təkliflərimizi hazırlayaraq prezidentə təqdim etməyə qərar vermişik. Hazırda bunun üzərində düşünürük. Biz gələn ay Bakıda keçiriləcək IV Qlobal Foruma dəvət almışıq və orada keçirəcəyimiz görüşlərdə bu məsələni də müzakirə edəcəyik”. 




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info