Xarici şirkətlər ölkəmizin tibb sektoruna sərmayə qoymaq istəyir
Tarix: 08.02.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Xarici şirkətlər Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda maraqlıdır. Bunu “Trend”ə "Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü Ramiz Əliyev deyib.
O bildirib: "Biz tez-tez müxtəlif biznes-forumlarda iştirak edirik və onu qeyd etmək istəyirəm ki, xarici şirkətlər Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda maraqlıdır. Sonuncu dəfə biz Səudiyyə Ərəbistanının, ondan öncə isə Polşa və Hindistanın təmsilçiləri ilə görüşmüşdük. Bu ölkələrdə Azərbaycana sərmayə qoymağı düşünən bir sıra məşhur klinikalar var".
Onun sözlərinə görə, xarici klinikalar və şirkətlərlə əməkdaşlığı müxtəlif sahələrdə həyata keçirmək olar: "Əməkdaşlıq həm avadanlıqların alınması, həm də birgə müəssisələrin yaradılmasında əksini tapa bilər".
"Turkish-American Medical Centre" Azərbaycanda fəaliyyət göstərən ilk özəl klinikalardan biridir və ölkədə təxminən 20 ildir fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu gün Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2019
Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info