Azərbaycanda Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb
Tarix: 08.02.2016 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyətə başlayıb.
Məktəbin açılış mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azərbaycanda bütün xalqların, bütün dinlərə mənsub insanların eyni hüquqa malik olduğunu deyən A.Hacıyev ölkəmizdə tolerant mühitin olduğunu da söyləyib.
Rektor bildirib ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycan Multikulturalizmi yaşayır və yaşayacaq" sitatını özünə deviz tutan qış məktəbi ötən ilin yayında keçirilən Multikulturalizm Mərkəzinin yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq keçirilib. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.
Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərindən 43 nəfər, Azərbaycan universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının direktoru Birgit Vaysberqer bu vəzifəyə yeni təyin edildiyini və ona verilmiş bu məsuliyyətin öhdəsindən uğurla gələ biləcəyinə ümid etdiyini deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info