Gənclərimizdən Azərbaycan mədəniyyətinin tanıtım aksiyası
Tarix: 08.02.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı gənclər tərəfindən “Müxtəlifliyin vəhdəti: bir gecə, iki mədəniyyət” aksiyasına start verilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində ilk olaraq Krım tatarları ilə birlikdə mədəniyyət nümunələrinin təqdimatı keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələrinin, ölkənin ictimai-siyasi xadimlərinin, yerli kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən UAGB sədri İlhamə Allahverdiyeva bildirib ki, ilk olaraq azərbaycanlı gənclər tərəfindən start verilən bu aksiyanın məqsədi ölkədə yaşayan müxtəlif millətlər arasında Azərbaycan mədəniyyət nümunələrini tanıtmaqdır: “İlk olaraq ortaq dəyərlərə malik olduğumuz Krım tatarları ilə bu tədbiri təşkil etməyə qərar verdik. Bu, başlanğıcdır. Ukraynada yaşayan digər millətlərlə birlikdə bu aksiyanı davam etdirəcəyik”.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Mübariz Cəfərov isə bildirib ki, azərbaycanlı gənclər ölkədə çox fəaldır. O, səfirliyin bu işə daim dəstək olduğunu söyləyərək aksiya iştirakçılarına uğurlar arzulayıb.
Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Krım tatarları və azərbaycanlıların eyni kökdən qaynaqlandığını xatırladaraq onların birlikdə Ukraynada böyük gücə malik olduğunu qeyd edib. O, Millətlər Assambleyasının bu aksiyanı dəstəklədiyini vurğulayıb.
Daha sonra Azərbaycan və tatar mətbəxinin nümunələri və digər mədəni atributları nümayiş olunub. Ukraynanın azərbaycanlı xalq artisti Qurban Abbasov tatar, Azərbaycan və Ukrayna mahnılarını ifa edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info