Vergilər Nazirliyində kuratorluq məsələlərinə yenidən baxılıb
Tarix: 08.02.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində nazirin iki müavininin səlahiyyətləri genişləndirilib. Bunu nazirlikdən deyiblər.
Nazirin əmri ilə Sahir Məmmədxanov Mühasibat uçotu şöbəsini də kurasiya edəcək. Bunadək o, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Hüquq baş idarəsi, Maliyyə-təsərrüfat idarəsi və İnsan resursları idarəsinə kuratorluq edib.
Nazir müavini Sahib Ələkbərovun kurasiyasına Nazirliyin Aparatı və Analitik-İnformasiya şöbəsi ilə yanaşı, Vergi ödəyicilərinə xidmət baş idarəsi də verilib.
Daxili təhlükəsizlik baş idarəsi bundan sonra Xüsusi işlər idarəsi ilə yanaşı, vergilər naziri Fazil Məmmədova tabe olacaq.
Bundan başqa, nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov bundan sonra İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı idarəsi, Vergi auditi və operativ nəzarət baş idarəsi, Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinə nəzarət edəcək.
Səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar H.Məmmədov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin rəisi vəzifəsindən azad edilib. O bu vəzifəni paralel olaraq müşavir səlahiyyətlərini icra edərək tutub. İndi bu vəzifəni Elçin Bəylərov tutur.
Bu struktur yenidir və iki idarənin əsasında yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info