Milli diaspor mərkəzlərinin ofisləri arasında onlayn əlaqə sistemi yaradılıb
Tarix: 08.02.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Dünyanın 8 ölkəsində Azərbaycanın diaspor mərkəzlərinin ofisləri arasında onlayn əlaqə sistemi yaradılıb. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatının ofisində keçirilən görüş zamanı qurumun sədri Hikmət Cavadov bildirib ki, onlayn sistemə qoşulan ölkələrdəki diaspor təşkilatları bir sıra layihələri müzakirə edir, birgə tədbirlər həyata keçirir.
 Ukrayna da daxil olmaqla, Rusiya, ABŞ, Türkiyə, Belçika, Almaniya, Fransa və Gürcüstandakı Azərbaycan diaspor təşkilatlarının qoşulduğu bu sistemə başqa diaspor qurumlarının da qoşulması planlaşdırılır.
 H. Cavadov digər layihələr barədə də məlumat verib. O qeyd edib ki, Ukraynada yaratdıqları “diaspor.tv” internet televiziyasını peykə çıxarmağa hazırlaşırlar: “Bunun üçün əsas işlər demək olar ki, həll olunub”.
 Ukraynanın bir sıra yerində Azərbaycan dilində qısasaatlı məktəblərin açılmasını da planlaşdırdıqlarını deyən H. Cavadov təşkilat olaraq Ukraynada təhsil alan azərbaycanlı gənclərin mərkəzləşdirilməsi üçün layihələrə start verəcəklərini bildirib. UABD mərkəzi ofisində Kiyevdə oxuyan azərbaycanlı tələbələr üçün toplaşma zalı fəaliyyət göstərməyə başlayıb. Ofisdə ölkə üzrə nəşr olunan “Slovo Azerbaydjana” və Azərbaycan dilində “Azərbaycanın sözü” qəzetlərinin redaksiyası da fəaliyyət göstərir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info