Prezident Kitabxanasının “Naxçıvan Muxtar Respublikası” elektron resursu yenilənib
Tarix: 08.02.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Prezident Kitabxanasında yaradılan və ayrıca nakhchivan.preslib.az domenində yerləşdirilən “Naxçıvan Muxtar Respublikası” elektron resursu muxtar respublikanın yaranmasının 92-ci ildönümü ərəfəsində əsaslı şəkildə yenilənib.
Prezident Kitabxanasından verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının rəsmi orqanlarının məlumatları və müxtəlif materialları əsasında 6 fəsildən ibarət elektron resursun bütün bölmələri zənginləşdirilib.
Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusuna malik bu quruma aid yeni arxiv sənədləri, qərarlar, fərman və sərəncamlar da ayrıca bölmədə istifadəçilərə təqdim edilir. Qədim diyarın tarixi keçmişini, arxeologiya və etnoqrafiyasını, memarlığını, folklorunu, toponimlərini və s. istiqamətləri özündə əks etdirən və müxtəlif dillərdə olan tədqiqat əsərlərinin, memuarların, ensiklopediyaların elektron versiyaları internet istifadəçilərinə  bu kitabları həm oxumaq, həm də köçürə bilmək üçün yeni dizaynda təqdim olunur. 200-dən artıq məqalənin tam mətni, bir o qədər kitabın, 100-dən artıq dissertasiyanın avtoreferatlarının, 1500-dən artıq məqalənin biblioqrafik göstəriciləri də elektron resursa daxil edilib.
“Naxçıvan Muxtar Respublikası” elektron resursunun hazırda 10 mindən çox istifadəçisi var.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info