“Vergi Apelyasiya Şurasının fəaliyyətinin təkmilləşdirilməsi vacibdir”
Tarix: 08.02.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Vergi Apelyasiya Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsi vacibdir”.
Bunu Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyində aparılan struktur islahatları ilə bağlı keçirilən Kollegiya iclasında deyib.
Vergilər Nazirliyində Prezident İlham Əliyevin son Fərmanlarının icrasının təmin olunması və vergi sistemində struktur dəyişikliklərinin aparılmasına həsr olunmuş Kollegiya iclası keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, ölkə başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edir.
Qeyd olunub ki, ölkədə sahibkarlığa dəstək məqsədilə atılan addımların davamı olaraq biznes fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları, biznes mühitində şəffaflığın təmin edilməsi, maliyyə-bank sisteminin inkişafının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.
Nazir qeyd edib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının və Prezident yanında Apelyasiya Şurasının yaradılması ölkə başçısının sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti mühüm addımdır. F.Məmmədov Vergilər Nazirliyində Vergi Apelyasiya Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edərək, bildirib ki, bundan sonra sahibkarlar yerli və mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına müraciət edə biləcəklər ki, bu da mərkəzi icra hakimiyyətindəki müvafiq instansiyaların sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırmalıdır.
Vurğulanıb ki, sahibkarların hüquqlarının qorunması imkanlarını daha da genişləndirən bu islahat sahibkar - dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaqdır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, sözügedən qurum Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsinə, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsinə xidmət edəcək.
Daha sonra vergilər naziri ölkə başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığını qeyd edib. Nazirin müvafiq əmri ilə Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, nazirliyin Beynəlxalq münasibətlər idarəsi və Maliyyə institutlarında vergi monitorinqi idarəsi ləğv edilərək onların mövcud ştat vahidləri hesabına Beynəlxalq münasibətlər idarəsi və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi yaradılıb, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.
F.Məmmədov Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının Əsasnaməsinin Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının Əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Kollegiya iclasında Nazirliyin qarşısında duran digər vəzifələr də müzakirə edilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info