“The Ranking Web” və ya “Webometrics” İqtisad Universitetini birinci seçdi
Tarix: 08.02.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” son siyahısını açıqlayıb.
İqtisad universitetinin mətbuat xidmətindən verilən məlumata görə, siyahıya görə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2015-ci ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. Bununla da ADİU Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb.
Webometrics göstəricilərinə əsasən İqtisad universiteti ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, ADİU Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir.
Bildirək ki, İqtisad universiteti bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.Qeyd edək ki, Webometrics sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlaryır. Bu iki ayın ilk 10 günü məlumatlar əldə edilir və ayın 28-dən tez olmayaraq ayın sonunda reytinq müəyyənləşir. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur, qəbul forması da yoxdur, hətta əlaqə saxlamaq üçün e-mail ünvan bele göstərilməyib. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info