“Qarşıdakı yay aylarında Avropanı miqrantlarla bağlı daha böyük fəlakət gözləyir”
Tarix: 09.02.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Terri Mariani: “Avropalılar bu ərazilərə üz tutmuş milyonlarla miqrantı geri qaytarmaq iqtidarında deyil”

Hazırda Avropa bir sıra çətinliklərlə üz-üzədir. Qitə, Yaxın Şərqdə yaşanan hadisələr fövqündə bu regiona üz tutan miqrant problemi ilə üzləşib. Yaranmış vəziyyətdə qismən də olsa günahkar olduqlarını etiraf etməkdən uzaq olan Avropanın aparıcı ölkələri indi sınaq qarşısındadır. Vicdanlı insanların səsi az da olsa eşidilsə də, avropalı rəhbərlərin bir hissəsi hələ də miqrantların problem deyil, məcburiyyət olduğunu anlamayıb.
Qeyd edək ki, İngiltərə, Fransa və Almaniyanın məsələnin həlli istiqamətində razılığa gələ bilməməsi, Avropa İttifaqı ölkələrinin Brüsseldən gələn həll yollarına etiraz etmələri vəziyyəti daha da çətinləşdirib. Fransa Milli Assambleyasının sədr müavini Terri Mariani Avropada miqrant böhranının tezliklə fəlakətə gətirib çıxaracağını bildirib. Onun sözlərinə görə, artıq 2015-cı ilin yayından bəri onların Avropadakı sayı iki milyon artıb. Terri Mariani “Oqonek” jurnalına verdiyi müsahibədə bildirib: “AŞPA-nın miqrasiya komitəsinin rəhbəri ilə bir il öncə keçirilən görüş zamanı mən ona 2015-ci ildə Avropa İttifaqı ölkələrinə bir milyondan artıq miqrant axın edəcəyi barədə məlumat vermişdim. Gözlənildiyi kimi bu, baş verdi. 2016-cı il üçün isə mənim proqnozum əlavə 1,5 və ya 2 milyon nəfərdir. Ən böyük təhlükə bu rəqəmlərin artmasıdır”. Qeyd edək ki, Fransa Milli Assambleyasının sədr müavininin dedikləri ötən həftə Avropa İttifaqı ölkələrində aparıcı müzakirə mövzularından biri olub. Doğrudan da, hələ ötən ilin yayında təkcə bir ayda Avropaya 120 mindən artıq miqrant gəlmişdi. Hazırda soyuq qış ayları olmasına baxmayaraq, Avropaya miqrantların axını davam etməkdədir. Marianiyə görə, qarşıdakı yay aylarında Avropanı daha böyük fəlakət gözləyir. Fransalı deputat miqrant böhranının başlıca səbəblərindən biri kimi, Avropa İttifaqının ümumi siyasətinin olmamasını qeyd edib. Marianinin fikrincə, yaranmış vəziyyətdə Avropa ya özünü qorumalı, ya da ölüm cəzası tətbiq etməlidir: “Avropa İttifaqında miqrant və qaçqınlar üçün heç bir mənəvi və biabırçı siyasət mövcud deyil. Sadəcə, bu məsələlərdə Avropanın ümumi siyasəti yoxdur”. Onun fikrincə, avropalılar bu ərazilərə üz tutmuş milyonlarla miqrantı geri qaytarmaq iqtidarında deyil. Köln və Calais də yaşananlar da bir daha sübut etdi ki, Avropada miqrantlarla bağlı yaranan vəziyyət üzərində heç bir nəzarət yoxdur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info