Şamaxı turizmin inkişafından böyük gəlir əldə edə bilər
Tarix: 09.02.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, Prezidentin tapşırığına əsasən rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə bir neçə iri özəl müəssisə yaradılıb. Rayonun cənub hissəsində yerləşən qış otlaq sahələrindən 2735 hektarı “Padarçöl“ kənd təsərrüfatı məhsulları istehsalı müəsisəsinə icarəyə verilib. Bu torpaqlardan 1000 hektarında əkin aparılıb. Müəssisədə əkin sahələrinin suvarılması məqsədilə süni göl yaradılıb və müasir suvarma qurğusu quraşdırılıb. Əlli nəfərin çalışdığı müəssisədə əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Burada 2000 baş sağılan iribuynuzlu qara mal üçün müasir tipli heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Rayonun Sabir qəsəbəsində “Gilan” MMC tərəfindən 75 hektar sahədə 1200 başlıq iribuynuzlu qaramal üçün müasir tipli kompleksin tikintisinə başlandığını vurğulayan A.Ağayev üzümçülüyün inkişafı istiqamətində müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb. Qeyd olunub ki, Mədrəsə qəsəbəsi ərazisində “Mədrəsə Aqro” MMC tərəfindən 335 hektar üzüm bağı salınıb və burada 150 nəfər işçi çalışır. Yaxın gələcəkdə daimi işçilərin sayının 350 nəfərədək artırılması gözlənilir. Üzüm bağları 1632 hektara çatdırılıb və 2016-cı ildə 45 hektar sahədə yeni plantasiyaların salınması nəzərdə tutulur. Məlumat verilib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı məqsədi ilə rayonda “Mədrəsə Aqro” MMC tərəfindən 10 min tonluq soyuducu-kamera tikilərək istifadəyə verilib. “Karmen MMC” tərəfindən 1000 tonluq soyuducu-kamera tikilib, Muğanlı kəndi ərazisində fiziki şəxs Nurəddin Rzayev tərəfindən 100 tonluq soyuducu-kameranın tikintisinə başlanılıb. Rayonun qəsəbə və kəndlərində 200 hektara yaxın sahədə alma, nar və qoz bağları salınıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkəmizin iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezidentin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı mütəmadi məlumatlandırılır. R.Abdullayev deyib ki, təkcə son bir ay ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, maaşların artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. SOCAR-ın prezidenti çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. R.Abdullayev Şamaxının potensialından da danışaraq, rayonda əkinçiliyin, heyvandarlığın inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, eyni zamanda, turizmin inkişafının böyük gəlir gətirə biləcəyini diqqətə çatdırıb. Görüşdə Şamaxıda kənd təsərrüfatının və sakibkarlığın inkişafı ilə bağlı fermerlərin, məhsul istehsalçılarının və yerli iş adamlarının təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info