Naxçıvan Muxtar Respublikasının yaradılmasının 92 illiyi qeyd edilib
Tarix: 09.02.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 92 illiyi münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçdiyini deyib. O, 92 il bundan əvvəl - 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdiyini, Naxçıvan Muxtar Respublikasının təşkil edildiyini bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”. Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.
Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü il fevralın 9-da Sərəncam imzalayıb. Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvanın üçüncü intibahı dövründə muxtariyyətin dördüncü ali təntənəsinin qeyd olunmasını da məhz Prezident İlham Əliyevin imzası təsdiq etdi. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.
Diqqətə çatdırılıb ki, 1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilib, yeni iş yerləri yaradılıb, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilib. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənib, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlanıb, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılıb. Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmayıb.
Bildirilib ki, bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info