“ASAN xidmət”in Dubayda təqdimatı keçirilib
Tarix: 09.02.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Fevralın 8-10-da Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə toplantısı keçirilir. Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Dövlət Agentliyindən bildiriblər ki, sayca 4-cü olan Zirvə toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, biznes və elm dairələrinin mindən çox nümayəndəsi qatılıb.
Tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb.
Paneldə Dünya Bankının inkişaf məsələləri üzrə birinci vitse-prezidenti Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər.
Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının, həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.
Eyni zamanda, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info