“Formula-1”-in ilk rəsmi elçiləri ictimaiyyətə təqdim olunub
Tarix: 09.02.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarını təmsil edəcək rəsmi elçiləri ictimaiyyətə təqdim edib.
BŞH-dən bildiriblər ki, Avropa Qran-prisinə 130 günün qaldığı ərəfədə Əməkdar Artist, bəstəkar və “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçisi Tünzalə Ağayeva, “Formula-1” şərhçisi Rəhim Əliyev və “Formula-3” yarışlarında ölkəmizi təmsil edən gənc pilot Gülhüseyn Abdullayev yarışın ilk rəsmi elçiləri seçiliblər.
Rəsmi elçilər BŞH-nin Qran-pri ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında yarışın təbliğinə çalışacaqlar.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağını vurğulayaraq deyib: “Bu gün Avropa Qran-prisinin təbliğində imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenilərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı, xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla “Formula-1” yarışına marağın olduğu hər yerdə bu yarış həvəskarlarına Avropa Qran-prisini tanıdacaqlar”.
Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatıdırılmasında böyük potensiala sahibdirlər. Ötən il “Bakı-2015” ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran-prisində davam etdirəcək.
Könüllüləri yüksək əhval-ruhiyyədə yarışa hazırlamağı qarşısına məqsəd qoyan Tünzalə Ağayeva yarışın rəsmi elçisi seçilməsi ilə bağlı deyib: “Bir daha mənə göstərilən etimad üçün çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Öz sənətimlə sizin yanınızda olmaqdan qürur duyuram və ümidvaram ki, növbəti parlaq tarixi də sizinlə bir yerdə yazacağıq”.
Avropa Qran-prisinin rəsmi elçisi adına layiq görülən Rəhim Əliyev 2010-cu ildən “İdman-Azərbaycan” kanalında efirə gedən və Azərbaycanda “Formula-1” haqqında yayımlanan yeganə verilişin şərhçisidir. O, eyni zamanda “Formula-1” haqqında Azərbaycan ictimaiyyətini məlumatlandıran məşhur www.f-1.az xəbər saytının təsisçisi və baş redaktorudur. Ölkədə “Formula-1” həvəskarlarını bir araya gətirən azarkeş klubunun da rəhbəridir.
Rəsmi elçi seçilən Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda “Formula-3” pilotudur. Gənc pilot ötən ayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info