Ölkə üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 64,5 faizə yüksəlib
Tarix: 09.02.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Ölkə üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 64,5 faizə yüksəlib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.
Hesabat dövründə ASC-nin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.
Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.
Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir su təmizləyici qurğu tikilərək istismara verilib, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatıb. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır.
Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.
Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Şəmkirçay anbarından 16,5 kilometr uzunluğunda magistral su kəməri qısa müddətdə tikilərək istismara verilib.
Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Göyçay şəhərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri tam başa çatdırılıb və 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Beyləqan şəhərində yeni su mənbəyi yaradılıb, şəhərdaxili su şəbəkəsinin 85 faizi yenidən qurulub və yeni şəbəkə ilə istehlakçılara suyun verilməsi təmin olunub. Bu layihə üzrə Ağdaş və Beyləqan şəhərlərində içməli su şəbəkəsinin tikintisi cari ildə başa çatdırılacaq. “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə 2016-cı ildə başlanılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğularının və magistral kəmərlərin inşası yekunlaşıb, şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin bir hissəsində paylayıcı şəbəkə yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. 2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaq.
Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində 62 kilometr uzunluğunda Kür su təmizləyici qurğuları - Sabirabad-Saatlı magistral kəmərinin inşası başa çatdırılıb. 2014-cü ilin dekabr ayında Sabirabad şəhərinə, 2015-ci ilin əvvəlində isə Saatlı sakinlərinə suyun verilməsi təmin edilib. Gələcəkdə magistral kəmərin marşrutu boyu yerləşən 50 kəndin su təchizatı da öz həllini tapacaqdır. Dünya Bankı ilə birgə reallaşdırılan layihə üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər davam etdirilib, Şamaxıda su təchizatı sistemlərinin 96, kanalizasiya şəbəkəsinin 87 faizi tikilib.
Qəbələ şəhərində su mənbəyində işlər yekunlaşmış, şəhərdaxili şəbəkənin tikintisi davam etdirilib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunan kreditlər hesabına Naftalan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurularaq istismara verilib. Bu layihə çərçivəsində Qusar şəhərində işlərin 80 faizindən çoxu icra edilib və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır. Eyni zamanda Xaçmaz şəhərinin su mənbəyində yenidənqurma işləri yekunlaşıb, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Qobustan şəhərində işlərə 2015-ci ildə başlanıb, Xızı şəhərində isə şəbəkənin yaradılmasına cari ildə başlanılması nəzərdə tutulub.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə İslam İnkişaf Bankı ilə birgə reallaşdırılan “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasına başlanılıb. Hazırda Gədəbəy, Astara, Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri davam etdirilir. 2016-cı ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisinin başa çatdırılması, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılması nəzərdə tutulur.
Son illərin ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli su təmizləyici qurğular kompleksinin istismara verilməsi regionların da içməli su təminatının yaxşılaşmasına öz töhfəsini verib.
Belə ki, bu kompleks istismara verildikdən sonra Kür su təmizləyici qurğularından Bakıya ötürülən suyun daha çox hissəsinin regionların təminatına yönəldilməsinə şərait yaranıb. İndiyə qədər Şirvan-Muğan qrup su kəməri ilə Şirvan şəhərinin yalnız bir hissəsinə su verilirdisə, hazırda şəhərin əksər hissəsi bu mənbədən qidalanır. Yaxın günlərdə şəhərin təminatı tamamilə Kür mənbəyindən aparılacaq ki, bununla da 1950-ci illərdə istismara verilmiş, fiziki və mənəvi cəhətdən köhnələn Şirvan su təmizləyici qurğusunun fəaliyyəti tam dayandırılacaq.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar şəhərlərlə yanaşı, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə də həlli vacib layihələr icra edilib. Ötən 2 ildə düşmən mövqeləri ilə üzbəüz kəndlər də daxil olmaqla, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Şəmkir, Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kürdəmir, Saatlı, Lənkəran, Yardımlı rayonlarının 51 yaşayış məntəqəsində 120 min nəfərin içməli su problemi öz həllini tapıb.
Ümumilikdə, Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 kilometr magistral və şəbəkə su xətləri, 490 kilometr kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 su təmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda 16 subartezian quyusu qazılıb, 61 min ədəd smart tipli sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2 faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info