Tanınmış çilili jurnalistdən Xocalıya dair məqalə
Tarix: 09.02.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Çilidə televiziya və radio jurnalisti kimi tanınan, Santyaqonun “Andres Bello” Universitetinin professoru Markos Borkoski Paezin Çilinin “Cambio 21” xəbərlər portalında “Xocalı adlı Azərbaycan şəhərinin dəhşətli tarixi” başlıqlı yazısı dərc edilib. Yazı Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” adlı məqaləsi əsasında hazırlanıb.
Məqalədə M.Borkoski O.Hacıyevlə tanış olması və onunla söhbəti əsnasında Xocalı soyqırımı barədə eşitdiyi dəhşətli faciənin təfərrüatından bəhs edir. Jurnalist, diplomatın sözlərinə istinadən, Xocalı soyqırımını XX əsrin ən qəddar faciələrindən biri adlandırıb, bu tarixin Azərbaycanda hər il qeyd olunduğunu söyləyib. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı etnik təmizlənmə aparıb. Soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, həmçinin 106 qadın, 83 uşaq qətlə yetirilib. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info