Turizm şirkətləri-hotel münasibətləri istənilən səviyyədə deyil
Tarix: 21.02.2013 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Mahir Qəhrəmanov: “Ölkəmizin tarixi, mədəni və təbiət dəyərləri turist məhsulu müstəvisinə gətirilməlidir”

Dünən «Skal İnternational Baku» Turizm Professionalları Assosiasiyasının növbəti 13-cü toplantısı keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin, eyni zamanda tanınmış turizm qurumlarının rəhbərləri də iştirak edirdi.
Tədbiri «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyev açaraq «Skal Bakı»nın fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi: «Artıq 4 ildir ki, fəaliyyət göstəririk. Bu müddət ərzində aktiv fəaliyyətinə görə təşkilatımız «Skal İnternational»ın Sidneydə keçirilən toplantısında, 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən 2-ci Milli Turizm Mükafatına layiq görülüb. Bizim məqsədimiz Azərbaycan mədəniyyətini və ölkəmizin turizm potensialını dünyada təbliğ etmək, ölkəyə turistlərin cəlb edilməsinə nail olmaqdır. Bunun üçün də müxtəlif ölkələrin skal klubları ilə yaxından əməkdaşlıq edir, onlarla birgə layihələr həyata keçiririk».
R.Quliyev qeyd etdi ki, hazırda «Skal İnternational» 110 ölkəni əhatə edir. Dünyada 750 təşkilat və 22 min insan bu qurumun üzvüdür. Təşkilat gənc turizmçilərlə işləməyə daha çox üstünlük verir. «Skal Bakı»nın da bu istiqamətdə fəaliyyət göstərdiyini deyən klub prezidenti bildirdi ki, bir ay öncə ATİ-nin məzun və tələbələri ilə birlikdə «Young Skal» klubunu yaradıblar. Bu təşkilat ilk dəfə 1999-cu ildə Türkiyədə yaradılıb.
Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri, Prezident yanında Elmin İnkişafı Fondunun müşaviri Rəhim Hüseynov «Skal Bakı»nın görəcəyi işlər barədə danışdı. Onun sözlərinə görə, təşkilat bundan sonra da əməkdaşlıq etdiyi digər qurumlarla əlaqələrini genişləndirməli, onların dəstəyini almağa çalışmalıdır.
Tədbirdə təqdim olunan “Ekoturizm Azərbaycan” təşkilatının rəhbəri Elman Yusifovun «Azərbaycanın turizm potensialı» adlı kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Kitabı 10 illik zəhmətinin bəhrəsi hesab etdiyini deyən müəllif bildirdi ki, «Azərbaycanın turizm potensialı»nda ölkəmizin flora və faunası, tərixi-mədəni abidələri, təbii landşaftları və s. haqqında məlumatlar ingilis və Azərbaycan dillərində verilib. Bütövlükdə Qafqazın bir ekosistem, Azərbaycanın da bunun bir hissəsi olduğunu deyən çıxışçı qeyd etdi ki, adıçəkilən kitab bələdçilər, turizm şirkətləri, mehmanxana əməkdaşları üçün əvəzsiz bir vəsaitdir.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov kitabı hazırladığına görə müəllifə təşəkkür edərək bildirdi ki, təmsil etdiyi nazirliyin əsas hədəflərindən biri ölkəmizin həm tarixi, həm mədəni, həm də təbiət dəyərlərini turist məhsulu müstəvisinə gətirmək və onu yerli və xarici ölkə vətəndaşlarına təqdim etməkdən ibarətdir: «Mədəniyyət və Turizm Nazirliyi bu kitabın hazırlanması layihəsini dəstəkləyib. Bizim qənaətimizə görə, bu kitab bütün turizm şirkətləri və hotellərdə olmalıdır. Çünki turizm şirkətlərinin hazırladığı marşrut üzrə qonağın sadəcə gəlib Azərbaycanı gəzib getməsi azdır. Amma ən azı 5-10 cümlə ilə proqramda təbiət və tarixi abidələri təsvir etmək, onlar haqqında məlumat vermək çox vacibdir. Bu bir tərəfdən təqdim olunan xidmətin dəyərini artırır, digər tərəfdən isə müəyyən bir proqramla Azərbaycanın nə qədər zəngin turizm potensialına malik olduğunu bildirir. Ona görə də mən tövsiyə edərdim turizm şirkətləri və hotellər bu kitabdan bəhrələnsin, öz proqramlarında ondan istifadə etsinlər».
Sonra «Skal Bakı»nın prezidenti tədbirin gündəliyində duran digər bir məsələnin - Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında mövcud olan əməkdaşlıq imkanları, bu istiqamətdə müşahidə olunan problemlər haqqında danışdı. R.Quliyev bildirdi ki, təəssüf ki, Azərbaycanda turizm şirkətləri-hotel münasibətləri hələ də istənilən səviyyəyə çatmayıb: «Hotellər bizimlə əməkdaşlığa səthi yanaşırlar. Onlar düşünürlər ki, öz məhsullarını özləri tanıda bilərlər. Amma turizm sahəsinin qanunlarından biri də odur ki, hotel turizm şirkətinin köməyi olmadan özü özünü tanıda bilməz».
Məsələ ilə bağlı «Exselsior Bakı», «Hilton Bakı» hotellərinin baş menecerləri çıxış edərək turizm şirkətləri ilə əməkdaşlığın onlara yalnız fayda verəcəyini bildirdilər.
Sonra «Skal Bakı» klubu ilə Milli QHT Forumu arasında əməkdaşlıqla bağlı müqavilə imzalandı.
N. ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info