“İranla Azərbaycan arasında mövcud ortaq xüsusiyyətlər dünyanın heç bir yerində yoxdur”
Tarix: 09.02.2016 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“İran-Azərbaycan münasibətləri iki bədəndə bir ruh kimidir”.
Bunu İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.
Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi bu münasibətlərin inkişafı üçü çalışır: "İranla Azərbaycan arasında mövcud ortaq xüsusiyyətlər dünyanın heç bir yerində yoxdur. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar. Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz günü-gündən inkişaf edir. Azərbaycanlı jurnalistlərin dəfələrlə İrana səfərləri təşkil olunub. Bu, ölkələrin bir-birini daha da yaxından tanımasına imkan verir. Hər iki ölkədə qarşılıqlı mədəniyyət həftələri keçirilir. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. İranla Azərbaycan regionun sabit ölkələridir. Bu da multikulturalizm sayəsində mümkün olub".

İ. İbrahimi İranın son 37 ildə dünyanın böyük ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını deyib. Bununla belə İranın dünyaya göndərdiyi mesaj sülh mesajıdır: "Bütün ölkələrin nüvə texnologiyasından sülh məqsədi üçün istifadə etməyə haqqı var. İran öz alimlərinin sayəsində bu işlə məşğul olur. Əslində bu sanksiyaları həmin ölkələr İrana deyil, özlərinə qarşı qoymuşdular. İranın 20 gün əvvəlki müvəffəqiyyətindən sonra bütün Qərb ölkələri İrana gəlmək üçün sıraya düzülüblər, gəlib danışıqlar aparırlar. İranın inkişafı Azərbaycanın inkişafıdır. İran da Azərbaycanın inkişafını öz inkişafı bilir. Bizim ortaq mədəniyyətimiz var. Azərbaycanda iranlı və İranda azərbaycanlı mədəniyyət xadimlərinə böyük hörmət var. Siz Şəhriyarı öz şairiniz bilirsiniz, biz də Füzulini öz şairimiz bilirik".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info