Yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim sessiyası işə başlayıb
Tarix: 09.02.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Fevralın 9-da “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə dördüncü təlim sessiyası öz işinə başlayıb. Üç gün davam edəcək təlim sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək layihəsi” çərçivəsində təşkil edilib. Layihə Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.
Komissiyadan bildiriblər ki, 4-cü təlim sessiyasında “Münaqişələrin idarə olunması, danışıqların aparılması, vasitəçilik bacarıqları və vətəndaşlarla ünsiyyət mövzusu” üzrə məruzə və təqdimatlar dinləniləcək.
Proqramda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri iştirak edirlər.
Yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması məqsədini daşıyan Strateji Liderlik Proqramının pilot layihəsi Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanıb. Proqram çərçivəsində təşkil edilmiş təlimlər peşəkar beynəlxalq və yerli ekspertlər tərəfindən keçirilib. Proqram ümumilikdə 11 təlim günündən ibarət olub.
2015-ci il noyabrın 10-12-də Bakıda keçirilən birinci təlim sessiyasında “Fərdi liderlik üslubları və heyət ilə münasibətlər”, 30 noyabr–2 dekabr tarixində Şamaxıda keçirilən ikinci təlim sessiyasında “Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları”, 2016-cı il yanvarın 26-27-də Litva Respublikasının Vilnüs şəhərində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri” və “Təşkilatlarda bərabər imkanların yaradılması” mövzuları ətrafında məruzə və təqdimatlar dinlənilib.
Birinci Strateji Liderlik Proqramının icrası 2016-cı ilın fevralın 11-də başa çatacaq. İştirakçılara təlim kursunu keçmələri ilə bağlı sertifikatlar təqdim ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info