Apreldə sərgi mövsümü başlayır
Tarix: 21.02.2013 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Iteca Caspian» şirkəti aprel ayında Azərbaycanda beynəlxalq sərgilər mövsümünə start verəcək. Şirkətdən qəzetimizə verilən məlumata görə, 2013-cü ilin yaz və yay aylarında «Iteca Caspian» 10 sərgi və 1 konfrans keçirəcək ki, bunların da arasında həm ənənəvi, həm də debüt sərgilər var. Bu ilin ən mühüm tədbiri Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgi və konfransı - Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası («Caspian Oil and Gas») sərgi və konfransının 20 illik yubileyidir. Sərgi mövsümünün açılışı isə ölkənin turizm sektorunun əsas tədbiri - «AITF 2013» XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə başlayacaq (aprelin 4-6-da).
Ənənəvi olaraq yay tətili və məzuniyyətlər ərəfəsində keçirilən «AITF 2013» sərgisi elit istirahətdən tutmuş tibbi turizm sahəsinə qədər ən müxtəlif istiqamətləri əhatə edəcək. Bu il ilk dəfə olaraq, sərginin ekspozisiyasında getdikcə populyarlaşan «Xaricdə daşınmaz əmlak» bölümü də fəaliyyət göstərəcək. Sərgidə 34 ölkədən şirkət və təşkilatların iştirakı gözlənilir və həmin ölkələrdən 16-sı öz milli stendləri ilə çıxış edəcək. Bu il sərginin daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis, Fransa və Çernoqoriya kimi ölkələrdən də nümayəndə heyətləri Bakıya səfər edəcək. Həmçinin Azərbaycanın turizm potensialını nümayiş etdirən, eləcə də Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və digər regionların turizm imkanlarını təqdim edən geniş regional ekspozisiya da planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən AITF sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT) tərəfindən rəsmi şəkildə dəstəklənir.
Aprelin 11-13-də isə bu ilin debüt layihəsi - «CATEF 2013» Xəzər Beynəlxalq «Su texnologiyaları» sərgisi və forumu keçiriləcək. «CATEF 2013» sərgisi «Azərsu» ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunur və beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, su və kanalizasiya sistemləri sektorunda yeni texnologiyaların tətbiqi, çirkab və yağış sularının təmizlənməsi, boru mühəndisliyi, habelə çay və göllərin çirklənmə səviyyəsinin azaldılmasına xidmət etmək məqsədi ilə keçirilir. Sərgidə texnoloji şirkətlər, təchizatçılar, istehlakçılar, ekoloqlar və tikinti şirkətlərinin iştirakı gözlənilir. Bununla paralel, içməli su təchizatı, müasir texnologiya və yeniliklərin tətbiqi sahəsində yeni proqramlara həsr olunmuş forum keçiriləcək.
Mayın 22-24-də Xəzər regionunun qida sənayesində böyük beynəlxalq tədbir - «WorldFood Azerbaijan 2013» sərgisi keçiriləcək. Bu sərgidə Azərbaycan, Bolqarıstan, Hindistan, İordaniya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Latviya, İran, İsveçrənin şirkət və təşkilatları öz məhsul və mallarını təqdim edəcək. Bu il süd məhsulları, qənnadı məmulatları, şokolad, balıq məhsulları istehsalçıları, eləcə də soyuducu avadanlıq təchizatçıları xüsusi fəallıq göstərir. Həmin tarixlərdə keçirilməsi planlaşdırılan «İpack Caspian 2013» Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» sərgisi müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarının istehsalı və tərtibatı, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim edəcək. «WorldFood Azerbaijan» sərgisi ilə paralel olaraq «Agrihort Azerbaijan 2013» VII Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi də keçiriləcək. Sərgi mərkəzinin yaxınlığında yerləşən açıq meydançada isə kənd təsərrüfatı texnikası nümayiş etdiriləcək.
İyunun 4-7-də Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası sərgi və konfransı keçiriləcək. Bu sərginin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi gözlənilir. «Caspian Oil and Gas» sərgisinə Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən dəstək verilir. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edir. Sərginin baş sponsoru ARDNŞ, «Qızıl» sponsoru isə «BP-Azerbaijan» şirkətidir. Sərgi ilə paralel keçiriləcək neft-qaz konfransında 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Neft-qaz sərgisi ilə eyni vaxtda keçiriləcək III Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji («Caspian Power») sərgisi energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerji səmərəliliyi, kabel-ötürücü məhsullar və işıqlandırma sahələrində avadanlıq və xidmətlərin geniş çeşidini təklif edəcək. Sərgi çərçivəsində «Təmiz texnologiya» üzrə layihələr də təqdim olunacaq. Sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, energetika sektorunda mövcud olan yerli və xarici şirkətlər də öz məhsullarını nümayiş etdirəcək.
Sərgi mövsümünün ilk yarısı iyunun 13-15-də keçiriləcək XII Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika («TransCaspian 2013») və III Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat («Road & Traffic 2013») sərgiləri ilə başa çatacaq. Sərgiyə ənənəvi olaraq Nəqliyyat Nazirliyi, eləcə də TRACECA, Azpromo və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstək verilir.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər
22.02.2019
Xızıda yol tikintisinə 850 min manat ayrılıb
22.02.2019
“Binə”dən oğurluq edən şəxs saxlanılıb
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info