Suriyada 150 minlik əsgərlə yerüstü əməliyyatlar başlayacaq
Tarix: 09.02.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda ərəb ölkələri Suriyaya 150 min əsgər göndərməyə hazırlaşır.
Rusiyanın NTV telekanalı xəbər verir ki, yerüstü əməliyyatlarda Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Mərakeş və Bəhreyn iştirak edəcək. Sonradan onlara Malayziya, İndoneziya və Bruneydən əlavə qüvvələr qoşula bilər. Bəzi məlumatlara görə, ordu Suriyaya şimaldan, Türkiyə ərazisindən girəcək.
Səudiyyə Ərəbistanının İŞİD-lə mübarizə məqsədi ilə Suriyaya xüsusi təyinatlı dəstələr göndərmək təşəbbüsünü artıq ABŞ da dəstəkləyib. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Əbdül əl-Cubeyr məlumat verib.
Bununla yanaşı, Kanadanın Suriya Ərəb Respublikasında hərbi əməliyyatda birbaşa iştirakdan imtina edəcəyi bildirilir. Baş nazir Castin Trüdo iki həftədən sonra bombardmanların dayandırılacağını deyib. Eyni zamanda, rəsmi Ottava hərbi müşavirlərin sayını çoxaltmaqla İŞİD qruplaşması ilə mübarizəyə töhfəsini artırmaq niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info