CNN: “5 səbəbə görə Rusiya Suriyadan tezliklə çıxmayacaq”
Tarix: 09.02.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


CNN Rusiyanın Suriyada fəaliyyəti ilə bağlı maraqlı yazı yazıb. Müəllif Metyu Çans bildirir ki, əvvəllər Suriyanın ən böyük şəhəri və üsyançıların ən böyük dayaq məntəqəsi olan Hələb üzərində hazırda həlledici döyüşlər gedir: “Əsəd hökuməti və onun müttəfiqləri, Rusiya qoşunlarının köməyilə üsyançıların əlində olan şəhərin şərq hissəsi ətrafında halqanı daraltmaqdadırlar. Hələb Əsəd üçün əsas məqsədlərdən biridir və Rusiya ötən ilin sonunda bu müharibəyə qoşulmayana qədər müharibənin anlamı yox idi. Rusiya Əsədə yardıma gələndən sonra oradakı hərbi əməliyyatlarda köklü dəyişikliklər baş verdi.
Bəs Putinin Suriyada nə işi var? Əsılində o, nə istəyir? 5 səbəb var ki, Putinin Suriyadan tezliklə geri çəkilməyəcəyini büruzə verir”.
Qeyd edilir ki, bu səbəblərdən birincisi Rusiya maraqlarının Suriyada qorunmasıdır. Suriyada Rusiyanın vacib iqtisadi və hərbi maraqları var – Tartusda Aralıq dənizi hərbi-dəniz bazası buna misaldır. Hələ sovet dönəmindən Suriyada Rusiya hərbi dəniz qüvvələri mövcuddur. Bundan başqa, Rusiya aviasiyası üçün Latakiya şəhərindəki Xmeymim aviabazası da önəm daşıyır. İkinci səbəb kimi isə Rusiyanın strateji maraqlarının qorunması göstərilir: “Putin dünyaya siqnal verir: Rusiya əvvəlki kimi hesablaşılmalı güc olaraq qalır”.
Üçüncü səbəb isə terrorçu təşkilatlarla mübarizədir: “Kreml sözün həqiqi mənasında dini ekstremistlərin zorakılıqlarının artmasından qorxur. Rusiya dəfələrlə onların törətdikləri terrorlara tuş gəlib. Amma separatçı qruplaşmalar indiyə qədər də Rusiyaya qarşı qanlı aktlarla çıxış edir. Məsələn, 2014-cü ildə Volqoqradda törədilən teraktı misal çəkək. Rusiya qorxur ki, Suriyada “İŞİD”-in qələbə çalması onun öz ərazisində “İŞİD”-çilərin qol-qanadını aça bilər”.
Dördüncü səbəb Putinə ölkə daxilində dəstəyi gücləndirməkdir: “Neft qiymətlərinin düşməsi və Ukraynaya görə Qərb tərəfindən tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını böhrana məruz qoyub. 2015-ci ildə iqtisadiyyat 3,7 faiz azalıb. Rusiya rublu qiymətdən düşüb və əhali arasında yoxsullaşma baş verib. Amma Putinə daxildən dəstəyin səviyyəsi əvvəlki kimi yüksəkdir. Bununla bərabər, hələ ki Rusiyanın itkiləri çox deyil, milli qüruru yüksəltmək və ümumi dəstəyi gücləndirmək məqsədəuyğun hesab edilir”.
Beşinci səbəb isə silah satışıdır: “Suriyadakı dramatik hadisələr fonunda Rusiya populyarlığını artırmağa çalışır və öz yüksək texnologiyalı hərbi texnikasını nümayiş etdirir. Rusiya dünyada ən böyük silah istehsalçılarından biridir. Çin və Hindistan kimi ölkələrə silah satışı həcminin də bu baxımdan artacağı istisna olunmur”.


Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info