IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma müsabiqəsi elan edir
Tarix: 21.02.2013 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!”


Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaq məqsədilə IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma və sosial şəbəkə xidməti olan “Instagram”da müsabiqə elan edir.
Kampaniyadan qəzetimizə bildirilib ki, “Instagram” vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar müsabiqədə iştirak edə bilər. Bunun üçün “Instagram” istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature “hashtag”-i və “@idea_campaign” tag-i altında 20 Aprel 2013-cü il tarixinə kimi yükləməlidirlər. Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq: I yer - iPhone 5; II yer - iPad mini və III yer - iPad 2 mükafatları ilə təltif olunacaqlar. Nəzərinizə çatdıraq ki, müsabiqədə hər bir iştirakçı tərəfindən yüklənilmiş maksimum 3 fotoşəkil iştirak edəcək. Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgi"sində də iştirakı üçün fotolar həmçinin instagram@ideacampaign.org elektron ünvanına da göndərilməlidir.
Xatırladaq ki, "Instagram" əlavəsi "iOS" və "Android" əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.
FUAD




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info