“Hakimiyyətin apardığı siyasətin prioriteti xalqın rifahıdır”
Tarix: 09.02.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Arzu Nağıyev: “Ermənistanla həmsərhəd ərazilərdəki kəndli təsərrüfatlarının vergidən azad edilməsi məsələsi müsbət həll edilməlidir”

Prezidentin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir. Artıq bir sıra tədbirlər də həyata keçirilib. Prezidentin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində DGK sədrinin müvafiq sərəncamı ilə Apelyasiya Şurası yaradıldı. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılıb.
Həmçinin ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Prezidentin müvafiq fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı.
Bundan başqa bazarlarda qiymətlərin tənzimlənməsində böyük rolu olacaq digər addımlar da atılır ki, bunlara misal olaraq həyata keçirilən tədbirlər nəticəsində fermerlərdən yaş tütünün, pambığın alış qiymətinin ciddi şəkildə artırılmasını göstərmək olar. Bu da tütün məhsulları və digər məhsulların qiymətinin aşağı düşməsinə şərait yaradacaq.
İqtisadçı ekspertlərin fikrincə, məlum islahatlar və ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması üçün atdığı digər mühüm, vacib addımlar yaxın vaxtlarda öz effektini verəcək.
Aparılan bu struktur islahatlarını siyasi ekspertlər də müsbət qiymətləndirirlər. “Palitra”ya açıqlama verən Arzu Nağıyev struktur islahatlarının aparılmasının ölkəmizin bundan sonra da artan templə inkişafına şərait yaradacağını düşünür. O, islahatların mühüm siyasi nəticələrə də gətirib çıxaracağını düşünür: “Düşünürəm ki, bütün hallarda əsas məqsəd insanların rifahının yüksəldilməsi və təbii ki, maddi təminatıdır. Bu məqsədlə keçirilən hər bir iqtisadi islahat təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Məlumdur ki, bununla əlaqədar Prezident İlham Əliyev bütün strukturlara müvafiq göstərişlər verib və prioritet istiqamətləri də müəyyənləşdirib. Bunun ən vaciblərindən biri struktur islahatlarının aparılması və inhisarçılığın tam aradan qaldırılmasıdır. Yuxarıda qeyd edildiyi kimi Gömrük Komitəsində şuranın yaradılması məhz idxal-ixrac əməliyyatlarında şəffaflıq tam təmin olunması ilə bağlı olmalıdır. Yəni, bu gün sahibkarlara, iş adamlarına, adi vətəndaşa öz işlərini qurmaq üçün münbit şərait yaradılmalıdır. Təbii ki, bir müddətdən sonra artıq sorum olmalıdır və müsbət nəticələr əldə edilməlidir. Əsas məsələ budur. İstər pambığın, istər tütünün və digər kənd təsərrüfatı mallarının satınalma qiymətinin artırılması da təqdirəlayiq haldır”.
Arzu Nağıyev deyir ki, kəndli və fermer tam əmin olmalıdır ki, əkin sahələri ilə bağlı şərait yaradılmalı, süni maneələr olmamalıdır və onun becərdiyi məhsul tam zəmanətlə qəbul ediləcək və dəyəri vaxtında ödəniləcək. Ekspert əsas diqqətin döyüş bölgəsinə yaxın ərazilərə yönəldilməsini də vacib saydı: “Əsas diqqət eyni zamanda Dağlıq Qarabağın təmas xəttində yerləşən ərazilərə, Azərbaycanın Ermənistanla həmsərhəd kəndlərinə yönəlməlidir. Bu ərazilərdəki kəndli təsərrüfatlarının vergidən azad edilməsi məsələsi müsbət həll edilməlidir, müvafiq azad iqtisadi zonalar yaradılmalıdır. Təbii ki, istehsal edilən məhsullar üçün həmin bölgələrin və ya təsərrüfatların eyniadlı satış yarmarkaları təşkil edilməlidir. Uşaq evləri və digər aztəminatlı müəssisələr üçün kəndli –fermer təsərrüfatlarından zəmanətli müqavilələrlə tədarüklər edilməlidir. Bunların hamısı məhz rifahın yüksəlməsini təmin edən amillərdir. Bir daha qeyd etmək istəyirəm ki, hakimiyyətin apardığı siyasətin prioritet istiqaməti Azərbaycan xalqının rifahına yönəlib və bunun üçün də yerlərdə müvafiq şərait yaradılmalıdır”.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info