Biləsuvarda bu il pambıq sahələri 7 min hektaradək artırılacaq
Tarix: 09.02.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısının yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq, Biləsuvarda ənənəvi sahələrdən olan pambıqçılığın perspektivləri müzakirə edilib.
Fermerlər və torpaq mülkiyyətçilərinin, pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin əməkdaşlarının, yerli meliorasiya təşkilatlarından nümayəndələrin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə pambıqçılığın stimullaşdırılması çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, pambıqçılıq Biləsuvar üçün ənənəvi sahədir və sovetlər dövründə rayonda 14 min hektar pambıq əkilib, 37 min tondan çox xam pambıq istehsal olunub. M.Quliyev deyib ki, pambıqçılığın inkişafı üçün rayonda əlverişli torpaq-iqlim şəraiti var. Bununla yanaşı, iki pambıqtəmizləmə zavodu, pambıq sahələrinin becərilməsi və yığımında istifadə olunan ixtisaslaşmış texnika, potensial işçi qüvvəsi pambıqçılığın inkişafına əlavə imkanlar yaradır. Qeyd olunub ki, böyük əmək tutumuna malik pambıqçılığa yeni şəraitin tələblərinə uyğun olaraq, illik 6 faizlə kreditlərin verilməsi nəzərdə tutulur. Hər hektar pambığa 630 manat sərf edilməsi planlaşdırılır ki, bununla da torpağın əkilməsi, gübrələrin verilməsi, texnika ilə təminat öz həllini tapacaq. Bundan başqa, daşıma və istehsal xərclərinin 90 faizi emalçılar tərəfindən avans olaraq veriləcək. Dövlətimizin başçısının tapşırığı ilə pambığın satınalma qiyməti 2016-cı ildə əhəmiyyətli dərəcədə artırılacaq.
Təkliflərlə çıxış edən fermerlər bildiriblər ki, bu il rayonda təxminən 6-7 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bu da 600 nəfərin daimi, 10 min nəfərin isə mövsümi işlə təmin olunması deməkdir. Bunun üçün artıq işlərə başlanılıb, müvafiq sahələr ayrılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info