DİN-in tibb müəssisələrinə işçi qəbulu elan edilib
Tarix: 09.02.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan - 2 həkim-cərrah, 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 üz-çənə cərrahı, 1 həkim-dermatoveneroloq, 1 həkim-allerqoloq, 2 həkim-narkoloq, 1 həkim-terapevt və 1 psixoloq, ümumilikdə 13 vəzifə üzrə xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil alaraq magistr (psixoloqlar üçün) pilləsini bitirmiş, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.    
Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq. 
Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
 
Şəxsiyyət vəsiqəsi;
Ali təhsil haqqında diplom;
Əmək kitabçasının surəti. 
 
Müsabiqədə iştirak etmək üçün sənədlər 2016-cı il fevral ayının 10-dan mart ayının 10-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info