“Çorrord işxanutyun”:”Ermənistanın əhalisi hər il 2 faiz azalır”
Tarix: 09.02.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Dörd min Ermənistan vətəndaşına Rusiyaya daxil olmaq hüququ verilib

«Erməni gəldi, təzə bəla gətirdi»- cürcü atalar sözlərində belə deyilir. Bu xalq hansı ölkəyə ayaq basırsa, həmin ölkəyə özləri ilə yeni bəla gətirirlər. Bəlkə də elə bunun nəticəsidir ki, qonşu Rusiyanın yaxın tərəfdaşı kimi təqdim edilən Ermənistan sakinləri bu ölkədə belə, yaramaz hərəkətlərindən qalmırlar. Məhz elə bunun nəticəsidir ki, Rusiya hökuməti də ən yaxın tərəfdaşının sakinlərinin ölkəsinə girişinə qadağalar qoymaq məcburiyyətində qalır. Bununla yanaşı, zaman keçdikcə girişi qadağan edilən ermənilərə yenidən Rusiyaya gəmək icazəsi verilir.
«Ermənistanın Dövlət Miqrasiya Xidməti 2015-ci ildə Rusiya ərazisinə daxil olmalarına qadağa qoyulmuş 7843-dən artıq ölkə vətəndaşının ərizəsini qəbul edib». Bu barədə ««Armenpress»-ə açıqlamasında Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib.
Onun sözlərinə görə, ölkə vətəndaşlarından alınmış ərizələrin 7826-sı artıq Rusiya Fereasiyasının səlahiyyətli orqanlarına təqdim edilib. Bu ərizələrin 7262-si barədə artıq qonşu ölkədən cavab da alınıb. Yeqanyanın məlumatına görə, təqdim edilən ümumi ərizələrin 3932 -sinə tətbiq edilmiş qadağa Rusiya tərəfindən artıq aradan götürülmə üzrədir: «Biz 4000-dən artıq ailə üçün əhəmiyyətli bir vəzifəni həll etmiş olmuşuq. Belə ki, onların cəzaları artıq ləğv edilib. Lakin bununla yanaşı, qeyd etməliyəm ki, hər hansı bir nəzərdə tutulan vasitə ətraflı öyrənilməlidir. Buna görə də, biz bu istiqamətdə böyük işlər həyata keçiririk. İnsanların həyat və fəaliyyətləri ilə bağlı Rusiyaya böyük miqdarda bülletenlər gndəririk. Onlar da, öz növbəsində insanların keçdikləri həyat yolu məqamlarını nəzərdən keçirirlər. Bütün bunlardan sonra Rusiya tərəfi həmin insanlar barədə müsbət və ya mənfi cavabı bizə göndərirlər». Qaqik Yeqanyan onu da əlavə edib ki, hər hansı bir insan haqqında rədd cavabı verilərkən, qarşı tərəf bunun bütün detallarını əsaslandıraraq göndərir: “Rusiya tərəfi göndərdiyimiz ərizələrdən 2214-ü barədə işə yenidən baxmağa səbəb görmədiklərini elan ediblər. Bu o deməkdir ki, həmin şəxslər ciddi cinayət törətmiş şəxslərdir. Göndərilən ərizələrdən 713-ü barədə Rusiya məhkəməsinin qərarı var. Bu isə o deməkdir ki, vətəndaş yalnız məhkəmə yolu ilə bu məsələni həll etməlidir. Ərizəsi təqdim edilən 392 şəxsin isə Rusiyaya girişi barədə onlarda heç bir məlumat olmadığı iddia edilir. Bu da deməyə əsas verir ki, həmin şəxslər Rusiyanın müxtəlif ərazilərinə qeyri-leqal yolla daxil olanlardır. Biz bu istiqamətdəki fəaliyyətimizi miqrasiya səlahiyyətləri daxilində davam etdiririk və artıq Rusiyaya göndərdiyimiz ərizələrin 60 faizinə müsbət cavab almışıq. Əlbəttə, bu bizim üçün böyük uğurdur. Halbuki, 2014-cü ildə biz bu istiqamətdə fəaliyyət göstərərkən ən yaxşı göstəricimiz 29 faizi ötməmişdi».
Bu il Miqrasiya Xidmətinə 297 müraciətin daxil olduğunu və artıq onların 276-sının Rusiyaya göndərildiyini bildirən Yeqanyan bu istiqamətdəki tendensiyanı azaltmaq üçün səy göstərməyə çalışdıqlarını etiraf etməyə cəhd etsə də, fakt göz önündədir.
Hər il çörək istehsalı 2 faiz azalır
Axı, yerli erməni öz doğma evini qoyub niyə kənarda xoşbəxtlik axtarmalıdır. Səbəb çoxdur. İlk öncə təcavüzkar dövlət rəhbərliyinin yarıtmaz fəaliyyətinin yaratdığı sosial vəziyyət qeyd edilməlidir. Məsələn, «Tert.am» saytı bu il Ermənistanda çörək istehsalının 2 faiz azaldığı barədə məlumat verir. Ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, əgər 2014-cü ildə Ermənistanda 290,3 min ton çörək istehsal edilmişdisə, bu il bu göstərici cəmi 284,5 min ton təşkil edib. .
Yeri gəlmişkən, elə həmən təşkilat ölkədə duz istehsalının da 8,1faiz aşağı düşdüyü barədə məlumat verir. Belə ki, ötən ilin bu dövründə 29,792 min ton duz istehsal edilmişdisə, bu il ötən illə müqayisədə xeyli azalma-27,392 min ton- müşahidə edilməkdədir. “Çorrord işxanutyun” qəzeti isə istehsalda azalma rəqəmlərini belə izah edir:”Çörək istehsalının ildə 2 faiz aşağı düşməsi o deməkdir ki, hər il Ermənistan əhalisi bu qədər azalır”
Təbii ki, bütün bunlar ölkdə miqrant axınının yksəlməsinə təkan verən amillərdən birinə çevrilməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info