AGAT məcburi köçkün məktəblərində təlim keçirib
Tarix: 21.02.2013 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“IREX Azerbaijan” və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə məcburi köçkün məktəblərində xüsusi təlim proqramı həyata keçirilib.
Layihənin məqsədi məcburi köçkün məktəblərində təhsil alan 12-14 yaş arası şagirdlərin qısa zaman ərzində dünyagörüşünün və dil biliklərinin artırılmasıdır. Gəncə şəhərində 1 ay davam edən, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin özünü inkişafı üçün nəzərdə tutulmuş “Self-Development Club” (Özünü Təkmilləşdirmə Klubu) layihəsi dünən Bakıda yekun tədbirini keçirib.
AGAT-dan “Palitra”ya verilən məlumata görə, 20-21 Fevral tarixində isə layihə iştirakçıları Bakıda səfərdə olublar. Səfərin birinci günü şagirdlər AGAT və İREX təşkilatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda AGAT sədr müavini Nərgiz Xələfin “QHT işi və konüllülük fəaliyyəti” mövzusunda təliminin iştirakçısı olublar. Təlimdə QHT işinin mahiyyətindən danışan N.Xələf könüllülərin QHT-nin əsas lokomotivi olduğunu xüsusi qeyd edib. Daha sonra şəhər gəzintisindən qayıdan iştirakçıların qonağı AGAT sədri Gülsel Səfərova olub. Qeyri-rəsmi keçirilən görüşdə iştirakçılara sertifikat təqdim olunub.
1 fevral tarixində isə iştirakçılar BP şirkətinin nəzdində fəaliyyət göstərən Xəzər Enerji Mərkəzinə ekskursiyaya gedəcəklər. Qeyd edək ki, layihənin əsası ABŞda təhsil almış 4 tələbə tərəfindən qoyulub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info