Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər
Tarix: 09.02.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işləri öz müsbət nəticələrini verib.
Uzun illərdir ki, günün istənilən vaxtı “tıxacla” rastlaşdığımız  Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində),Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə k/t qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidən qurma işləri,  bu ərazilərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə  sözügedən qovşaqlarda “tıxac” problemi xeyli azalıb.
 
Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanıb.
 
Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaradıb. 
2015-ci il ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  33 844 p.m  isə əyrixətli tirlər quraşdırılıb və bərpa edilmiş,  1050,6 min m2  həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info