Rusiyalı deputat: “Azərbaycanın əziyyət çəkməsinə imkan vermərik”
Tarix: 09.02.2016 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


"Moskva müqaviləsinin ləğv edilməsi Azərbaycanla münasibətlərə heç cür pis təsir edə bilməz. Bizim münasibətlərimiz dost-qardaşlıq və mehriban qonşuluq münasibətləridir. Bu münasibətlərin tarixi qədimdir. Hazırda da hər iki ölkənin siyasi rəhbərliyi bu münasibətlərin qorunub saxlanılması üçün çox şey edirlər. Ona görə də, belə bir addım atılan zaman Azərbaycana ziyan gəlməsindən söhbət gedə bilməz".
 Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya-Türkiyə arasında 1921-ci ildə imzalanmış "Moskva müqaviləsi"nin ləğvini təklif edən deputatlardan biri, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin deyib.
 V. Raşkin bildirib ki, onlar "Moskva müqaviləsi"nin ləğvi təklifini Türkiyə rəhbərliyini danışıqlar masasına oturtmaq üçün ediblər: " Üçüncü ölkənin, xüsusən də Azərbaycanın bu müqavilənin ləğvindən əziyyət çəkməsinə heç bir halda imkan vermərik, bu, mümkün də deyil. Hesab edirəm ki, əgər müqavilə ləğv olunsa, təbii ki, qarşılıqlı sərfəli şərtlərlə Azərbaycanın bütün tələbləri yerinə yetiriləcək".
 O, Dövlət Dumasının deputatları tərəfindən hazırlanan bütün təkliflərə baxılmasının tələb olunduğunu da qeyd edib: " Ən azı siyasi rəhbərlik tərəfindən bu təkliflər müzakirə olunmalıdır. Yekun qərarın qəbul edilməsi ilə bağlı bircə məqamı qeyd etmək istəyirəm. "Moskva müqaviləsi"nin ləğvi ilə bağlı qərar bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıldıqdan sonra verilə bilər. Bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparılmadan heç bir qərar qəbul olunmayacaq. O cümlədən AzərbaycanXarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılmalıdır".
 O, "Müqavilənin ləğvi Rusiya nə vəd edir" sualına isə belə cavab verib: "Bütün danışıqlarda ərazi iddiaları məsələsi hər zaman olub. Bu ərazi iddialarının tarixi kökü mövcuddur. Ona görə də ərazi iddiaları ilə bağlı məsələ müqavilənin ləğvi ilə bağlı prosesdə ən axırıncı müzakirə olunacaq məsələdir. Biz "Moskva müqaviləsi"nin ləğvi ilə bağlı təklifimizlə Türkiyə rəhbərliyinin, prezident Ərdoğanın diqqətinə çatdırmaq istəyirik ki, onlar Rusiyanı ikinci dərəcəli ölkə hesab etməklə böyük səhv ediblər".
 Deputat hesab edib ki, bu müqavilə ilə bağlı müzakirələr Rusiya və Türkiyə hökumətlərini masa arxasında oturub, münasibətlərdə yaranan böhranın aradan qalxması üçün iş görməyə sövq edəcək: "Bu, Rusiya-Türkiyə arasında müharibəyə səbəb olmayacaq, əksinə, biz bununla danışıqlar prosesinə başlayacağıq".
 Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları -  Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.
 Onlar bununla bağlı prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.
 Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info