“Rusiyada işlədiyimdən, bu yığmanı yaxşı tanıyıram”
Tarix: 10.02.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Rusiya yığmasını çox yaxşı tanıyıram”. Bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres deyib.
Millimiz Serbiyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün Rusiya ilə qarşılaşacaq.
Matçdan öncə UEFA-nın saytına danışan Peres maraqlı fikirlər səsləndirib. O, əvvəlcə qrup mərhələsinin görüşlərindən bəhs edib: “İtaliya - Çexiya oyununun nəticəsi bizim üçün önəmli idi. Buna görə də, matçı tribunadan narahatlıqla izləyirdik. Narahatlığımız İtaliyanın ikinci qolu vurmasına qədər davam etdi. Bundan sonra isə rahatlaşdıq. İtaliya çox yaxşı oynadı və bizim qrupda liderliyə layiq idi”.
Rusiya ilə keçiriləcək görüşü dəyərləndirən yığmamızın çalışdırıcısı qeyd edib ki, 1/4 finala yüksəlmək komandamızdakı özünəinam hissini artırmalıdı: “İndi bizi Rusiya ilə matç gözləyir. Oyun keyfiyyətimizi bir qədər də artırmalıyıq. Ümid edirəm ki, 1/4 finala yüksəlməyimiz bizə əlavə özünəinam hissi və enerji verəcək. Rusiyada işlədiyimdən, bu yığmanı yaxşı tanıyıram. Bir neçə oyunçularını çalışdırmışam. Onlar da məni yaxşı tanıyırlar və bir-birimizə eyni qaydada yanaşırıq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info