“Moskva və Peterburq gəncləri Bakıya səfəri prestijli hesab edir”
Tarix: 10.02.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


ÜAK Rusiya İctimai Palatasında “Böhran dövründə iki ölkənin iqtisadiyyatında həll yolları və yeni tendensiyalar” adlı tədbir keçirib
Rusiya İctimai Palatasında “Rusiya və Azərbaycan iqtisadi böhran dövründə. İki ölkənin iqtisadiyyatında həll yolları və yeni tendensiyalar” adlı dəyirmi masa keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, İctimai Palatanın üzvü, tanınmış politoloq Sergey Markov, İctimai Palatanın ekspertləri, Rusiyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər. Rusiyalı politoloq Sergey Markov çıxışında Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib:
“Bu ölkədə kənd təsərrüfatı sahəsində çox böyük resurs yatırılıb. Azərbaycanın kənd təsərrüfatı məhsulları kimyəvi deyil, təbii və sağlamdır. Azərbaycan Rusiyanın kənd təsərrüfatına olan tələbatını ödəmək iqtidarındadır. Lakin bunun üçün distribüter kanalını yaratmaq lazımdır. Hesab edirəm ki, regional xarakter daşıyan böyük ticarət brendi və ticarət evi yaratmaq lazımdır. Belə ticarət siyasətinə siyasi dəstək də böyük olacaq”. S. Markovun fikrincə, Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına cavab olaraq, Azərbaycan biznesi məhsullarının bir hissəsini, xüsusən də maşınqayırma məhsullarını Rusiyadan ala bilər: “Rusiya maşınqayırma sənayesi Azərbaycana konkret nə lazım olduğundan məlumatsızdır. Azərbaycan tərəfi, hər şeydən öncə diaspor vəziyyəti təhlil edərək təkliflə çıxış edə bilər. Bu təklif böyük siyasi dəstək qazanacaq”. Politoloq turizm sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivlərini xüsusi qeyd edib. Onun fikrincə, Azərbaycanın dağ-turizm kurortları rusiyalı turistlər üçün Alp dağ-xizək turizmini əvəz edə bilər: “Yaxşı olardı ki, Azərbaycanın turizm agentlikləri Qəbələ və ölkənin digər regionlarındakı dağ-xizək kurortları, Xəzər dənizinin sahilindəki qumlu çimərliklərlə bağlı daha aktiv təkliflər versinlər. Mədəniyyət turizmi sahəsi də olduqca vacibdir. Bugünkü Bakı, sadəcə, nağıl şəhəridir. Moskva və Peterburqun gəncləri arasında bu gün Bakıya səfər etmək prestijli hesab olunur. Lakin həmin gənclər ora özləri gedirlər. Müasir Bakıya çox az sayda turist turları mövcuddur”. Tədbirdə çıxış edən səfir müavini Qüdsi Osmanov iqtisadi böhran dövründə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı məsələsinə toxunub. Diplomat qeyd edib ki, Rusiya hər zaman Azərbaycan məhsullarını bəyənib: “Məhz bu səbəbdən də Azərbaycan diasporu rusiyalılar arasında Azərbaycan məhsullarının məşhurlaşması üçün iş görməlidir. Diasporumuz Azərbaycan Respublikasının iqtisadi və turizm potensialını Rusiyada təqdim etməlidir. Bu məqsədlə mart ayının əvvəlində Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə tədbir keçirilməsi planlaşdırılır”. Səfir müavini beynəlxalq terrorçuluq təhlükəsi ilə bağlı tədbirdə səslənən mövzunu davam etdirərək Azərbaycanın radikal əhvali-ruhiyyəli vətəndaşların ələ keçirilməsi istiqamətində uğurlu iş apardığını qeyd edib. Onun sözlərinə görə, terrorçuluq və radikal əhvali-ruhiyyəyə qarşı fəaliyyət Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında da aparılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info