“Gənc liderlərə böyük ümidlər bəslənir”
Tarix: 10.02.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Rəşad Baxşəliyev: “Prezidentin gənclərlə görüşü biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi baxımından yararlı olacaq”
Prezident İlham Əliyevin 2 Fevral-Gənclər Günü ərəfəsində ölkə gənclərinin bir qrupu ilə görüşü digər ictimai fəal gənclərdə yüksək əhvali-ruhiyyə yaradıb. YAP Abşeron Gənclər Birliyinin sədr müavini Rəşad Baxşəliyev bu görüşdə səslənən fikirləri özünə örnək bilir.
-Cənab Prezidentin bir qrup gənclə görüşünü necə qiymətləndirirsiz?
-Prezident İlham Əliyevin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir. 2 Fevral-Gənclər Günü ərəfəsində belə bir görüşün baş tutması ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir. Mən düşünürəm ki, bu görüş gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi. Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaq. Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, biz gənclər də bundan sonra onun ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, biz gənclər cənab Prezidentin göstərdiyi yolla, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək.
-Gənclərimizin cəmiyyətdə fəallığı özünü necə büruzə verir?
-Bu suala cavab vermək üçün, ilk növbədə, bu sahə ilə bağlı statistik göstəricilərə nəzər salmaq istərdim. Bu gün Azərbaycan Respublikası əhalisinin 14-29 yaşarası olan şəxsləri gənc hesab olunur. Bu isə ölkə əhalisinin 31,2 faizini təşkil edir. Yaşı 35-dək olanlar isə əhalinin 60 faizinə yaxındır. Deməli, əhalinin ən böyük kütləsi də məhz gənclərdir. Biz demoqrafik problemi olmayan bir dövlətik. Statistik göstəricilərimizə görə, əhalimizin sayı artır və fəallıq nöqteyi-nəzərindən də cəmiyyətimizin ən fəal təbəqəsi gənclərdir. Bu gün gənclərin sosial həyatın bütün sahələrində aktivliyi artmaqdadır. Həmçinin könüllülük işinin təşkilində gənclərimiz fəal iştirak edirlər. Gələcək liderlər bugünün fəal gəncləridir. Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir. Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var.
-Prezident məlum görüşdə dedi ki, ölkəmizin taleyi gənclərdən, onların fəaliyyətindən, baxışlarından və fikirlərindən asılı olacaq. Bu baxımdan, gənclərin üzərinə nə düşür?
-Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hislərinin zəif olması hallarına təsadüf olunur. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır.
-Azərbaycan gəncliyinin intellektual inkişafı səviyyəsi dövrün tələblərinə cavab verirmi?
-Azərbaycanda gənclər siyasəti, həqiqətən də, çox böyük əhəmiyyətə malikdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır.
Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info