Moskvada miqrantlara məxsus qanunsuz ticarət obyektlərinin sökülməsinə başlanılıb
Tarix: 10.02.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Moskvada MDB ölkələrindən olan miqrantlara məxsus metroətrafı qanunsuz tikililərin sökülməsinə başlanılıb. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Daşınmaz Əmlakın İstifadəsinə Nəzarət Dövlət Müfəttişliyinin rəhbəri Sergey Şoqurov deyib.
Onun sözlərinə görə, ilkin olaraq 97 qanunsuz ticarət obyektinin sökülməsinə 700 ədəd texnika cəlb olunub. S. Şoqurov bildirib ki, qanunsuz tikililərin əksəriyyəti yeraltı kommunikasiya xətlərinin üzərində yerləşir. Dövlət müfəttişliyindən bildiriblər ki, qanunsuz tikililərin könüllü şəkildə sökülməsi üçün verilən vaxt ötən gün bitib. Söküntü işləri “Çistıye prudı”, “Taqanskaya”, “Şelkovskaya”, “Partizanskaya”, “Sokol” metro stansiyaları yaxınlığında və Lyusinovskaya, Marksistskaya küçələrində aparılır. Qanunsuz ticarət obyektlərinin yerləşdiyi ərazi 50 min kv.m sahəni əhatə edir. Qeyd edək ki, Moskva rəhbərliyi ümumilikdə 104 qanunsuz obyektin sökülməsi barədə qərar qəbul edib. Proses fevralın sonunadək başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
14.06.2019
Əfqanıstandakı “FETÖ” məktəbləri Türk Maarif Fonduna təhvil verildi
13.06.2019
«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info