Abşeronda hədiyyələr istehsal edən fabrik istifadəyə verildi
Tarix: 10.02.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonunda “Nargis porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabrik tikilib. Xırdalan şəhərində yerləşən müəssisənin dünən açılışı keçirilib. Açılış mərasimində Abşeron rayonunun İcra Hakimiyyətinin rəhbərliyi, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Həsənovun və “Nargis porcelain” müəssisəsinin rəhbəri Yasin Xəlilovun iştirakı ilə rəmzi lent kəsilib. Bundan sonra müəssisə ilə tanışlıq gəzintisi aparılıb. Fabrik haqqında məlumat verilərək bildirilib ki, keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biri olub və hazırda da Azərbaycanda bu sənətin fədakar daşıyıcılarının gərgin əməyi sayəsində yaşadılmaqdadır. Bununla belə, elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişaf etdirilməsinin zəruriliyini göstərir.
Bildirilib ki, son dövrlərdə respublikamızda dövlət başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə sahibkarlığın inkişafı üçün olduqca ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edilir. Bundan ruhlanaraq ulu öndərə dərin minnətdarlıq və mənəvi borcu qismən də olsa ödəmək istəyi ilə vaxtilə onun sayəsində Rusiya Federasiyasında keramika, şüşə və mina örtüklərinin kimyəvi texnologiyası ixtisası üzrə təhsil və sonradan alimlik dərəcələri almış Yasin və Mahirə Xəlilovlar böyük zəhmət, inadkarlıq, peşəkarlıq tələb edən bu işi həyata keçirmək üçün “Nargis porcelain” müəssisəsini təsis ediblər. Azərbaycanda keramik məmulatlara, xüsusilə hədiyyələrə müstəqillik dövründə turist marağının artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılması üçün əsas olub. Uzun illər bu ideyanın gercəkləşdirilməsi ilə əlaqədar gərgin çalışmalar və araşdırmalar aparılıb, respublikamızın xammal bazası öyrənilib, texniki-təşkilati işlər həyata keçirilib. Türkiyənin tanınmış “Refsan” şirkəti ilə müvafiq müqavilələr imzalanıb və lazımi avadanlıqlar alınıb, qısa müddətdə istehsal sahəsi yaradılıb və güclü mütəxəssislər komandası formalaşdırılıb. Azərbaycanın ən güclü keramika rəssamlarının, heykəltəraş və texnoloqlarının cəlb olunması sayəsində az bir müddətdə çox böyük nailiyyətlər əldə olunub. Qeyd etmək lazımdır ki, belə müəssisə bölgədə yeganədir. Azərbaycan milli ornamentlərinin zənginliyi, təkrarolunmazlığı və onların uğurla keramika sənətinə gətirilməsi nəticəsində qısa müddətdə ixrac yönümlü sənət əsərlərinin meydana çıxması mümkünləşib. Gələcəkdə bu sahənin elmi əsaslarla şüşə və mina örtükləri texnologiyasının tətbiqi ilə genişləndirilməsi nəzərdə tutulur.
Beləliklə, “Nargis Porcelain” Azərbaycanda milli keramika ənənələrindən bəhrələnərək müxtəlif növ keramik hədiyyəliklərin istehsalına başlayıb. Hazırda müəssisədə yüksəkixtisaslı 15 yerli mütəxəssis çalışır. Amma gələcəkdə işçilərin sayının 50-ə çatdırılması planlaşdırılır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info