“İRƏLİ”-nin yeni layihəsi
Tarix: 21.02.2013 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi “Sosial Media Akademiyası” layihəsinə start verir. Bu barədə qəzetimizə qurumun mətbuat katibi Nəzakət Əliyeva məlumat verib.
Prezident tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə "İRƏLİ" İctimai Birliyi İKT sahəsində gənclərin fəallığının artırılması istiqamətində fəaliyyətini gücləndirib.
"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi daxilində yaradılmış xüsusi qrup bu ilin yanvar-fevral ayları ərzində gənclər arasında sorğular təşkil edib və layihə təkliflərini toplayaraq 2013-ci il üçün fəaliyyət planı hazırlayıb. “Sosial Media Akademiyası” bu fəaliyyət planına daxil olan və icrasına başlanılacaq ilk layihədir. “Sosial Media Akademiyası” layihəsinin əsas məqsədi gənclərin sosial media və onun yaratdığı imkanlar barəsində məlumatlandırılması, sosial media alətlərindən effektiv istifadə vərdişlərinin formalaşdırılması, sosial təşəbbüslər və layihələrin yeni media resursları ilə inteqrasiyasıdır.
Layihə 25 nəfərlik qruplar üzrə 1 ay müddətində həyata keçiriləcək və ilin sonuna kimi davam edəcək. Layihə boyunca iştirakçılara sosial media üzrə təlimçi və ekspertlər tərəfindən təlimlər, seminar və görüşlər keçiriləcək. Layihə müddətində həmçinin müxtəlif diskussiya və müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Sosial media resurslarından daha effektiv istifadə etmək istəyən hər bir gənc layihədə iştirak üçün müraciət edə bilər.
Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi hər zaman İKT sahəsinə xüsusi əhəmiyyət verir və indiyə kimi bu sahə ilə bağlı İnformasiya Texnologiyaları Akademiyası, WeBlog, "Mənim Qarabağım - Mənim Azərbaycanım", WeTweet və onlarla digər layihə həyata keçirib.
Layihədə iştirak etmək istəyən şəxslər 26.02.2013-cü il tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən online ərizə formasını doldura bilərlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info