Azərbaycanda işgüzar fəaliyyətə daha çox qadın cəlb olunacaq
Tarix: 10.02.2016 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa Birliyi və İsveçin maliyyə dəstəyi ilə maliyyə idarəetməsinin əsaslarına həsr olunmuş seminar keçirilir.
AYİB-in Bakı nümayəndəliyindən verilən məlumata görə, 10-11 fevral tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), iş qadınları üçün onların öz sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaradan əsas maliyyə konsepsiyalarını dərindən qavramasına yardımçı olmaq məqsədilə dörd günlük seminarının ikinci sessiyasına başlayıb. İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən on yeddi qadın sahibkar 10 fevralda bu seminarın ilk sessiyasında iştirak edib.
“Biz qətiyyətlə inanırıq ki, qadınların sahibkarlıq fəaliyyəti yeni iş yerlərinin yaradılmasında və iqtisadi inkişafın tərəqqisində vacib rol oynayır. Məhz buna görə də, bizim fəaliyyət göstərdiyimiz ölkələrdə, sahibkarlıqla məşğul olan qadınların nailiyyətlər qazanması və bizneslə daha geniş şəkildə məşğul olmaları üçün onlara köməklik göstəririk.”
Bu sözləri AYİB Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Kiçik Müəssisələr üçün Məsləhət məsələləri üzrə rəhbəri Cef Ferri bildirib: “Bizim tərəfimizdən təşkil olunan silsilə xarakterli seminar ən mükəmməl beynəlxalq təcrübələrdən qaynaqlanır və seminarın tədris proqramı yerli tələblərə əsasən tərtib olunaraq seminar iştirakçılarına aşılanır. Bu proqram Azərbaycanda sahibkarlıqla məşğul olan qadınların fəaliyyətini təşviq edərək, işgüzar fəaliyyətə daha çox qadının cəlb olunmasını dəstəkləyir.”
Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa Birliyi və İsveç hökuməti tərəfindən maliyyələşdirilən AYİB İş Qadınları Dəstək proqramının bir hissəsini təşkil edir. AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə Kiçik və Orta Sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 milyon Avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaqdır. Bu məbləğin 9 milyon AVRO məbləği maliyyələşdirilmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.
1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri, AYİB 700-dən artıq müəssisəyə inkişaf etmək və öz işgüzar fəaliyyətlərini genişləndirmək məqsədilə onlar üçün praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaratmışdır. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3.7 milyon Avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərqi Tərəfdaşlıq Ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 milyon isveç kronası dəyərində maliyyə yardımı edib.
64 ölkə və dövlətlərarası müәssisәlәr tərəfindən idarə olunan AYİB bazar iqtisadiyyatı və demokratiyaların inkişafını dəstəkləyir. Bizim fəaliyyətimizi bu internet səhifəsi vasitəsilə, həmçinin Facebook və Twitter sosial şəbəkələrində izləyə bilərsiniz.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info