Elxan Süleymanovdan konqresmen Adam Şiffə məktub
Tarix: 10.02.2016 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şiffə müraciət edib. Müraciətdə deyilir:
“Cənab Şiff. Siz bu günlərdə Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında sizin və ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə təsdiqləndiyini ifadə edirsiniz. Etiraf edim ki, müsahibə zamanı sizin səsləndirdiyiniz fikirlər məni heç də təəccübləndirmədi, sadəcə olaraq, müəyyən  suallar yaradır. Qəbul edilən bu qətnaməyə “su ilə bağlı hansısa qətnamə” kimi yanaşmaqla, görünür, özünüzə təsəlli tapırsınız. Əvvəla, siz çox yaxşı bilirsiniz ki, AŞPA-nın qış sessiyasında qəbul olunan 2085 (2016) saylı qətnamə heç də yalnız su ilə bağlı deyil. AŞPA bu qətnaməni qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb edir, Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini mümkünsüz edir. Sizi BMT TŞ-nın (822, 853, 874 və 884 saylı), Avropa Parlamentinin, ATƏT PA qətnamələrini, AŞPA-nın 1416 (2005) saylı və 2085 (2016) saylı qətnamələrini bir daha oxumağa çağırıram. Sizin su ilə bağlı sənəd kimi qiymətləndirdiyiniz AŞPAqətnaməsi 23 il ərzində ilk dəfə olaraq, beynəlxalq təşkilatlarda (İƏT istisna olmaqla) qəbul olunmuş bütün qətnamələrdən fərqli olaraq, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri və separatçılar tərəfindən deyil, məhz Ermənistan dövləti tərəfindən işğal edilməsini açıq-aşkar təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin işğal zonasından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan sonra təsəllinizin əbəs olduğunu görəcəksiniz. Sizin Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi barədə qətnamənin qəbuluna qarşı çıxmağınızı da anlayıram. Çünki bu mövqeyiniz  1992-ci ildən başlayan qərəz və təxribatlarınızın davamı idi. Xatırladıram ki, ABŞ dövlət katibinin köməkçisinin, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avropa Şurasına üzv dövlətlərinin böyük əksəriyyətinin hakimiyyət nümayəndələrinin ciddi səylərinə baxmayaraq, AŞPA-nın 2085 (2016) saylı qətnaməsi bütün (İslam Əməkdaşlıq Təşkilatı istisna olmaqla) beynəlxalq təşkilatların yalanlarını ifşa etdi”.
 
 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info