“Ölkə başçısı həm dövlət orqanları, həm də sahibkarlar qarşısında çox konkret vəzifələr qoyub”
Tarix: 10.02.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


“Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə ölkəmizdə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artıb”.
Bunu “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” V vergi forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına 20 mlrd. dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir.
Nazir müavini qeyd edib ki, son vaxtlar dünyanın bir çox ölkələrində, o cümlədən bizimlə qonşu olan ölkələrdə çox ciddi proseslər gedir: “Dünya enerji bazarında qeyri-sabitliyin hökm sürməsi, bir ildə neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi, təbiidir ki, bütövlükdə Azərbaycana, o cümlədən Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən mənfi təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl olunub, büdcəyə 7 milyard 118.2 mln. manat vəsaitin daxilolması təmin edilib. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70%-dən çoxdur. Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait səfərbər edilib”.
 
Nazir müavini deyib ki, Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası yaradılıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apelyasiya Şuralarının yaradılmasına başlanıb. Onun sözlərinə görə, Vergilər Nazirliyində vergi ödəyicilərinin mübahisələndirdiyi məsələlərin məhkəməyə müraciət olunmadan vergi orqanları səviyyəsində həll edilməsi və şikayətlərə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmış Vergi Apelyasiya Şurasının Əsasnaməsi Mərkəzi İcra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında nümunəvi Əsasnaməyə uyğunlaşdırıb. 
 
“Ölkəmizin inkişafı üçün müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, əhalidə yüksək vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə son iki ayda nazirlikdə bir sıra struktur və kadr dəyişiklikləri aparılıb. Ərazi vergi orqanlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək, regionlar üzrə vergi daxilolmalarının artırılmasını təmin etmək üçün nazirlikdə yeni baş idarə yaradılıb”, - deyə nazir müavini vurğulayıb.
 
Onun sözlərinə görə, Vergilər Nazirliyi artıq iki ildir ki, vergi ödəyiciləri üzrə sahəvi e-audit texnologiyaları əsasında vergi yoxlamaları keçirir və bu yoxlamalar nəticəsində büdcəyə 100 mln. manata yaxın əlavə vergi və maliyyə sanksiyaları hesablanıb, hesablanmış məbləğlər tam həcmdə büdcəyə ödənilib. Nazir müavini bildirib ki, gələcəkdə, e-auditin əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
 
“Cari ildə biz sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, vergi mexanizmlərinin daha da sadələşdirilməsi, yüksək rəqabət qabiliyyətli, yeni texnologiyalara əsaslanan innovasiya yönümlü bilik iqtisadiyyatının yaradılması sahəsində vergi orqanlarının üzərinə düşən bütün vəzifələrin uğurla reallaşdırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Nağdsız ödənişlərin tətbiqinin genişləndirilməsi, İT-təməlli və bilik menecmentinə əsaslanan müasir vergi inzibatçılığının inkişaf etdirilməsi, onun şəffaflığının və yüksək səmərəliliyinin təmin olunması vergi orqanlarının qarşısında duran ən mühüm vəzifələrdəndir. Ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, cari ildə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb və Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı çox ciddi işlər həyata keçirilir.
 
Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, vətəndaşlarımızı dünyadakı böhranların neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və təbiidir ki, bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərinə də mühüm vəzifələr düşür. Sahibkarlar da öz növbəsində vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməli, uçotlarını düzgün aparmalı, vergidən yayınma hallarına yol verməməlidirlər. Ölkə başçısı həm dövlət orqanları, həm də sahibkarlar qarşısında çox konkret vəzifələr qoyub. Bizim borcumuz isə bu vəzifələrin yerinə yetirilməsini təmin etməkdir”, - deyə S.Ələkbərov vurğulayıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info