Səhv hesablanan gömrük ödənişləri geri qaytarılacaq
Tarix: 21.02.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nı təsdiq edib. Gömrük Məcəlləsinə əsasən hazırlanan qaydalar gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması prosedurasını müəyyən edir.
Qeyd edək ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Vergi Məcəlləsinə uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları» əsasında həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması «Dövlət rüsumu haqqında» qanuna uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları» əsasında həyata keçirilir. «Gömrük ödənişlərinin qaytarılması Qaydaları» isə gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılmasını tənzimləyir. Qaydalara əsasən, mallar qüsurlu olduqda və ya gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu qaytarılır. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara əsasən, Azərbaycan gömrük sisteminin büdcədənkənar inkişaf fondundan geri qaytarılır. Sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. Malın sahibi gömrük ödənişlərinin, yəni gömrük rüsumları, gömrük yığımları və haqqın hesablanmasında səhvə yol verilməsini əsaslandırdıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan şikayət verilə bilər. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 ay müddətində həyata keçirilir.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info