“Vergi güzəştləri taktiki bir gedişdir”
Tarix: 10.02.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


"Kənd təsərrüfatı sahəsinə tətbiq olunan vergi güzəştləri nəticəsində 2 milyard manat vəsait bu sahədə çalışanların sərəncamında qalıb". Bu barədə jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sahəsinin bütün vergilərdən azad olunduğunu xatırladaq S. Ələkbərov qeyd edib ki, burada məqsəd fermerlərin öz fəaliyyətini daha da genişləndirməsinə şərait yaratmaqdır.
Nazir müavini digər sahələrə vergi güzəştləri edilməsi məsələsinə də toxunub: "Vergi güzəştləri taktiki bir gedişdir. Bu və ya digər mərhələdə sahibkarların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onlara əlavə imkanlar verir. Bilirsiniz ki, buğda, un və bu məhsullardan hazırlanan məmulatlar ƏDV-dən azad olundu. Başqa azadolmalar da var. Müəyyən mərhələdə bu addımlar atılır. Bütövlükdə biz bir şeyi bilməliyik ki, əgər biz bütün sahələri vergidən azad etsək, onda vergilər haradan daxil olacaq? Bizim həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar? Bu məsələlərə dövlət çox ehtiyatla yanaşır. İnkişafın hansısa mərhələsində bu cür addımlar müvəqqəti xarakter daşıyır".
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info