Robert Sekuta:” İmişlidə süd yığımı məntəqəsinin inşası əməkdaşlığın nəticəsidir”
Tarix: 10.02.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Fevralın 10-da İmişli rayonu Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta süd qəbulu və yığımı məntəqəsinin inşası layihəsinin uğurla başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli qeyri-hökumət təşkilatı olan ÜMİD tərəfindən icra olunub.
İmişli rayonu Oruclu, Ağaməmmədli və Cəfərli icmalarının əsas məşğuliyyəti mal-qara və südçülük təsərrüfatıdır. Hazırda bu ərazidə gündəlik süd istehsalı 4000 litr təşkil edir ki, bu göstərici fəsildən asılı olaraq dəyişir. Normalda fermerlər istehsal etdikləri südün yalnız 50%-ni sata bilir. Yerdə qalan hissəsi isə ailələrin daxili ehtiyacını ödəyir, yaxud satıla və saxlana bilmədikdə xarab olur. Bu faktorlar ev təsərrüfatı ilə məşğul olanların gəlirində nəzərəçarpacaq dərəcədə itkilərə gətirib çıxarır.
Süd yığımı məntəqəsinin əsas məqsədi həmin üç icmadan olan kiçik və fərdi təsərrüfatlardan südü toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaq olacaq ki, bununla da həmin istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bu, icmaların iqtisadi rifahının yaxşılaşdırılmasına töhfə verəcək, habelə süd istehsalçıları və rayondakı süd emalı müəssisəsi arasında ticarət əlaqələrinin yaranmasına kömək edəcək. Yeni məntəqə həmin üç icmada yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.
Səfir R.Sekuta bildirib ki, İmişlidə süd yığımı məntəqəsinin inşası əməkdaşlığın nəticəsidir: "Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələri ilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular”.
Həmçinin diplomat öz həyat şəraitini yaxşılaşdırmaq üçün yerli resursları səfərbər etdiklərinə görə icmalara təşəkkür etdi.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info