“Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 9, Belarusla 10, Qazaxıstanla isə 15 faizdən də artıq azalıb”
Tarix: 11.02.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


“Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olmaqla, əslində, özünə sanksiyalar tətbiq etmiş oldu”. Bu fikri keçirdiyi mətbuat konfransında Ermənistanın sabiq baş naziri, Ermənistan Milli Konqresindən millət vəkili Qrant Baqratyan bildirib.
O, Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan iqtisadiyyatı üçün heç bir perspektivləri görmədiyini bəyan edib. Ermənistanın bu təşkilata daxil olmaqla, özünə yeni qadağalar tətbiq etdiyini bir daha xatırladan Baqratyan ittifaq ərazisindən Ermənistana idxal olunan malların eyni rejim altında digər ölkələrdən də Ermənistana idxal edildiyini qeyd edib. Bununla belə, ölkənin Maliyyə Nazirliyi qanunsuz olaraq həmin mallara uzunmüddətli vergi tətbiq edir: “Mən, heç vaxt Avrasiya İqtisadi Birliyinin pərəstişkarı olmamışam və indi də bu fikirdə qalıram”. Millət vəkili iqtisadçı kimi, Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan iqtisadiyyatı üçün hər hansı bir ciddi perspektivi görmədiyini nəzərə çatdırıb: “Bununla yanaşı, mən dəfələrlə bəyan etmişəm: bir halda ki, təşkilata qoşulmaq barədə qərar qəbul edilib, biz bəzi imkanlardan yararlanmağa çalışmalıyıq. Biz bu təşkilata artıq 11 aydır ki, üzvük, lakin ölkəyə daxil olan mallar əvvəlki kimi vergiyə cəlb olunur”. Bu barədə dəfələrlə məsələ qaldırdığını bildirən Baqratyan gömrük rüsumlarının, sərhəddə ƏDV ödənilməsinin yenə də mövcud olduğunu nəzərə çatdırıb. Baqratyan, Ermənistanın Avrasiya İqtisadi Birliyinin rəsmi üzvü olmasına baxmayaraq, son 11 ay ərzində ölkənin Rusiya ilə ticarət dövriyyəsinin 9 faiz, Belarusla 10 faiz, Qazaxıstanla isə 15 faizdən də artıq azaldığını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info